Azərbaycan Kuboku: Daha üç komanda növbəti mərhələyə yüksəlib
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha üç oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı Sumqayıtda reallaşıb. “Kapital Bank Arena”nın ehtiyat meydançasında MOİK “Şimal”ı qəbul edib. Görüş “hərbçilər”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ordu klubunun 1/8 final mərhələsindəki rəqibi “Sumqayıt” olacaq. “Araz-Naxçıvan” komandası “Liv Bona Dea Arena”da “Şahdağ Qusar”ı dörd, “Kəpəz” komandası isə Tovuz şəhər stadionunda “Ağdaş”ı altı cavabsız qolla məğlub edib. Naxçıvan təmsilçisi növbəti raundda "Mingəçevir"-"Zaqatala", Gəncə kollektivi isə "İmişli"-"Cəbrayıl" cütünün güclüsü ilə qarşılaşacaq.
Bu gün saat 18:00-da isə “Dinamo” (Bakı) klubu “ASCO Arena”da “Səbail”i qəbul edəcək. Bu raundun digər qarşılaşmaları oktyabrın 30-31-də təşkil olunacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk matçında "Turan Tovuz" “Hypers Guba”nı 7:2 hesabı ilə məğlub edərək 1/8 finalda “Sabah”a rəqib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]