Azərbaycan millisi güləş üzrə dünya çempionatında yeddinci yeri tutub
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan millisi Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında 1 qızıl, 1 gümüş və 4 bürünc medalla komanda hesabında yeddinci yeri tutub. Müstəqillik bərpa olunandan sonra güləşçilərimizin dünya çempionatlarında qazanılmış medalların sayı 78-ə çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan 16 qızıl, 28 gümüş və 34 bürünc medalla Polşanı geridə qoyub və 16-cı pilləyə yüksəlib.
Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıblar. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medalla kifayətlənib. Qadın güləşçilərdən isə heç biri medal əldə edə bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]