Azərbaycan millisinin dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib
Bakı, 20 iyul, AZƏRTAC
2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin 6-cı qrupunda Polşa və Yunanıstan yığmaları ilə mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimi müəyyənləşib.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, millimiz oktyabrın 7-də Polşanı, gələn il martın 3-də isə Yunanıstanı qəbul edəcək. Oktyabrın 11-də seçməmiz Yunanıstan, martın 7-də isə Polşanın qonağı olacaq.
Qeyd edək ki, qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 komanda birbaşa elit-raunda vəsiqə qazanacaq. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. Elit-raundun püşkü isə 2023-cü il iyulun 5-də atılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]