AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİR
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev başda olmaqla Azərbaycan nümayəndə heyəti Dünya Turizm Təşkilatının himayəsi ilə Madriddə keçirilən və turist kommunikasiyalarının roluna həsr olunmuş birinci beynəlxalq konfransda iştirak edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, konfransda müxtəlif ölkələrdə turizmin inkişafı problemləri, bu sahədə özəl sektorun genişləndirilməsi, turizmin təbliğində KİV-lərin rolunun artırılması məsələləri müzakirə ediləcək, müxtəlif layihələrin təqdimat mərasimləri də keçiriləcəkdir.
Konfrans yanvarın 30-da başa çatacaqdır.