“Azərbaycan” pavilyonunda “Moskva günü” qeyd ediləcək
Moskva, 3 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda “Moskva günü” qeyd olunacaq.
Pavilyondan AZƏRTAC -a bildirilib ki, həmin gün moskvalıları və Rusiya paytaxtının qonaqlarını Azərbaycan xalq rəqsləri üzrə ustad dərsləri, xoreoqrafın çıxışları, tematik ekskursiyalar, “Azərbaycan” pavilyonu və tərəfdaşlarından olan xatirə hədiyyələri ilə viktorinalar gözləyir.
Pavilyonun ticarət zonasındakı bayram yarmarkasında qonaqlar kəklikotu, hil və mixəkli ənənəvi Azərbaycan çayından, milli şirniyyatdan zövq ala biləcəklər.
Qonaqlar Azərbaycan istehsalçılarının məhsullarını əldə etmək imkanı əldə edəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:30]
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
- 14.10.2026 [12:20]
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
- 14.10.2026 [12:15]
Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm
- 14.10.2026 [12:03]
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
- 14.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [11:13]
TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil
- 14.10.2026 [10:39]