Azərbaycan pilotu “Formula Gulf 1000” seriyasında uğurlu çıxışını davam etdirir
Bakı, 20 fevral, AZƏRTAC
Dubay Avtodromunda “Formula Gulf 1000” (FG1000) seriyasının 9-cu və 10-cu mərhələləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın gənc pilotu və Bakıda təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-prisinin rəsmi elçisi Gülhüseyn Abdullayev hər iki yarışda uğur qazanaraq fəxri kürsüyə yüksələ bilib. G.Abdullayev seriyanın 9-cu mərhələsində ikinci yerin sahibi olub. Onuncu mərhələ üzrə keçirilən yarışda isə ən yaxşı nəticə göstərərək qələbə qazanıb.
2011-ci ildən etibarən Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan FG1000 yarışında artıq beşinci mövsüm keçirilir. Hər mövsüm ərzində 14 yarış keçirilir və bu yarışların sonunda ən çox xala sahib olan pilot mövsümün qalibi sayılır. FG1000 yarışının keçirilməsində məqsəd gənc pilotları həm təcrübə, həm də bacarıq baxımından peşəkar avtoidman yarışlarına yüksək səviyyədə hazırlamaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]