Azərbaycan Premyer Liqasında III tura 2 oyunla yekun vurulacaq
Bakı, 31 avqust, AZƏRTAC
Bu gün futbol üzrə Misli Premyer Liqasında III tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Qarabağ” Şamaxı şəhər stadionunda “Karvan-Yevlax”ın qonağı olacaq. Saat 17:00-da start götürəcək görüşü Rəvan Həmzəzadə idarə edəcək.
Hazırda Yevlax təmsilçisi 4 xalla 5-ci pillədə qərarlaşıb. Rəqibindən bir oyun az keçirən Ağdam klubunun isə xalı yoxdur və 11-ci sırada yer alıb.
Turun bağlanış oyunu “Bank Respublika Arena”da “Sabah”la “İmişli” arasında keçiriləcək. Fərid Hacıyevin baş hakim olacağı qarşılaşma saat 19:30-da başlayacaq.
İlk 2 turdan sonra Bakı klubu (1 oyun az keçirib) 3 xalla 6-cı, bölgə təmsilçisi isə 1 xalla 9-cudur.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” öz meydanında “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib, “Turan Tovuz” səfərdə “Neftçi”yə 1:0, “Zirə” evdə “Kəpəz”ə 5:0, “Araz-Naxçıvan” isə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]