Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “BİLGƏH” VƏ “BUZOVNA” YARDIMÇI STANSİYALARININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin “Bilgəh” və “Buzovna” yardımçı stansiyalarının açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev əvvəlcə 35/10/6 kilovoltluq “Bilgəh” yardımçı stansiyasına gəldi. Burada dövlətimizin başçısını inşaatçılar və paytaxt energetikləri səmimiyyətlə qarşıladılar.

“Bakıelektrikşəbəkə” ASC idarə heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına məlumat verdi ki, 5 ay ərzində inşa edilmiş

yardımçı stansiya ən müasir standartlara cavab verir. Burada 3 transformator quraşdırılmış, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Stansiya Bilgəh qəsəbəsinin və ətraf ərazilərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatına tam imkan verir.

Prezident İlham Əliyev yardımçı stansiyadakı 35 kilovoltluq paylayıcı qurğu ilə tanış oldu. Bildirildi ki, burada quraşdırılan daxili avadanlıq Almaniyanın tanınmış “Siemens” firmasının istehsalıdır və Bakıda yığılıbdır. Bütün inkişaf etmiş ölkələrdə bu avadanlıq

geniş tətbiq olunur. Yaxın vaxtlarda Azərbaycan özü də belə avadanlığın ixracına başlamaq imkanına malik olacaqdır.

İLHAM ƏLİYEV: Əlbəttə, biz qonşu ölkələrə ixrac edə bilərik.

BABA RZAYEV: Cənab Prezident, mən təsəvvür edirəm ki, bir ildən sonra region ölkələrinə ixrac edə biləcəyik.

İLHAM ƏLİYEV: İlk növbədə, gərək öz tələbatımızı təmin edək. Ondan sonra, əlbəttə, ixrac məhsullarının yaranması çox böyük əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısına bildirildi ki, Prezidentin tapşırığına əsasən,

2008-ci ilin sonunadək “Bakıelektrikşəbəkə”nin balansında olan bütün obyektlər tam müasirləşdiriləcək, yeniləri inşa olunacaqdır. 

İLHAM ƏLİYEV: “Barmek”in bizim energetika sisteminə vurduğu zərbə çox böyük oldu. İndi bunu aradan qaldırmaq, vəziyyəti sağlamlaşdırmaq üçün nə qədər böyük işlər görürük. Bax, reallıq budur. Gələn ilin sonuna qədər çalışın ki, maksimum dərəcədə bütün infrastrukturu yeniləşdirin, həm xətlərin çəkilişini, həm də yardımçı stansiyaların tikintisini başa çatdırın. İndi bizim kifayət qədər enerji gücümüz var. Yəni biz stansiyaları əsasən ona görə tikirik ki, əhali tam şəkildə, fasiləsiz elektrik enerjisi alsın.

Bildirildi ki, hava xətlərinin yeraltı kabellərlə əvəzlənməsi də diqqətdə saxlanılır. İndiyə qədər 700 kilometr uzunluğunda 35 kilovoltluq hava xətti yüksək keyfiyyətli yeraltı kabellə əvəzlənibdir. Bütün işlər perspektiv nəzərə alınmaqla görülür.

İLHAM ƏLİYEV: Yəni burada gələcək inkişafı da nəzərə almısınız?!

BABA RZAYEV: Bəli, güc 3,6 dəfə artırıla bilər. Bu parametrlərə malikdir və gələcək planlar nəzərə alınıbdır.

İLHAM ƏLİYEV: Bilgəh gözəl bir yerdir. Burada həm çoxlu binalar var, bağ evləri var, həm də yeni mehmanxana tikilib və tikiləcəkdir. Elə etməliyik ki, burada gələcəkdə də təminat tam şəkildə yüksək səviyyədə olsun. İlk növbədə, bu, burada yaşayan əhali üçün lazımdır. Biz bunu təmin etməliyik.

Daha sonra Prezident İLHAM ƏLİYEV energetika sisteminin müasirləşdirilməsinə dövlətin köməyi ilə yanaşı, istifadə olunan elektrik enerjisi haqqının tam toplanmasının da zəruriliyini vurğulayaraq dedi: İndi gərək yığım problemini də aradan qaldırasınız. Son bir neçə ay ərzində bütövlükdə Azərbaycanda elektrik enerjisi haqqının yığılmasında böyük irəliləyiş var. Ölkə üzrə təxminən 80-85 faiz təşkil edir. Ən ucqar rayonlarda misal üçün 100 faiz, 95 faiz yığılır. Amma Bakıətrafı qəsəbərlədə, - mən adlarını çəkmək istəmirəm, - yığım 6 faiz, 10 faiz, 15 faizdir. Burada insanlar ən ucqar kəndlərdəki insanlardan pis yaşamırlar. Sadəcə olaraq, elektrik enerjisinin haqqını ödəmək lazımdır. Onda bu sahədə Azərbaycanda heç bir problem yaranmayacaqdır. Onda enerji təminatı da lazımi səviyyədə olacaqdır. Siz çalışın ki, bunu təmin edin.

Mən başa düşürəm, bəzi hallarda insanlar çətinlik çəkirlər, hələ yoxsul təbəqə var. Biz onlara da öz qayğımızı göstərməliyik. Amma elə adamlar var ki, hər şeyi - bağı da, maşınları da var, ancaq elektrik enerjisinin pulunu ödəmir. Bax, bunlara qarşı ciddi mübarizə aparılmalıdır. Çalışın, maksimum dərəcədə, ilk növbədə, imkanı olan adamlardan yığın. Azərbaycanda işlər yaxşı gedir, insanların həyat səviyyəsi yaxşılaşır. Elə olmalıdır ki, hər bir insanın imkanı olsun ki, elektrik enerjisinin pulunu ödəsin.

“Bilgəh” yardımçı stansiyasındakı digər 10 kilovoltluq paylayıcı qurğu da ən müasir standartlara uyğundur. Prezidentə bildirildi ki, “Bakıelektrikşəbəkə”nin investisiya proqramına uyğun olaraq, bu ilin sonuna qədər daha bir neçə belə yardımçı stansiya istifadəyə veriləcəkdir. Bütün görülən işlər nəticəsində Bakıda və ətraf qəsəbələrdə elektrik enerjisi təchizatı ilə bağlı problemlər tam aradan qaldırılacaqdır.

Yardımçı stansiya ilə tanışlıqdan razılığını bildirən dövlətimizin başçısı bu tədbirlərin ildən-ilə daha da gücləndiriləcəyini vurğuladı.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev 110/35/10 kilovoltluq “Buzovna” yardımçı stansiyasında görülən işlərlə tanış olmaq üçün əraziyə gəldi. Energetiklər dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar.

Bu obyekt də dövlət başçısının tapşırığına əsasən, paytaxtın elektrik enerjisinə olan tələbatının tam

dənilməsi, şəbəkələrin yenidən qurulması və modernləşdirilməsi məqsədi ilə “Bakıelektrikşəbəkə”nin reallaşdırdığı yeni inkişaf proqramı çərçivəsində tikilmişdir. Yardımçı stansiya Bakının Sabunçu və Əzizbəyov rayonlarının elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılmasına sanballı töhfədir. Proqram iki mərhələdə həyata keçirilir və 2020-ci ilə qədər davam edəcəkdir.

Prezident İlham Əliyev yardımçı stansiyanın texniki-iqtisadi göstəriciləri ilə tanış oldu. Burada görülmüş abadlıq və yaşıllaşdırma işləri də göz oxşayır.

Dövlətimizin başçısına Buzovna-Bilgəh zonasının elektrik enerjisi

təchizatının sxemi barədə məlumat verildi. Bildirildi ki, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait indiyə qədər əsaslı tədbirlərin həyata keçirilməsində böyük rol oynamışdır. Həmin vəsait hesabına 35/10 kV-luq “Amburan” yardımçı stansiyası tikilmiş, 110/35/6 kV-luq “Maştağa” yardımçı stansiyasının isə genişləndirilməsi nəzərdə tutulmuşdur. Ümumi gücü 148 meqavat təşkil edən yardımçı stansiyaların tikintisinə bu ilin aprelində başlanmışdır. Tikinti-quraşdırma işlərinin ümumi smeta dəyəri 8 milyon 774 min 177 manatdır. Bu yardımçı stansiyaların tikintisi və yenidən qurulması Maştağa, Nardaran, Buzovna və Bilgəh qəsəbələrinin, hazırda istifadədə olan və tikilən turizm-istirahət mərkəzlərinin etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsinə imkan verəcəkdir.

“Bakıelektrikşəbəkə”nin rəhbəri bütün bunlara görə Prezidentə şəbəkənin kollektivi adından minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı dedi ki, siz də yaxşı işləyirsiniz. Dövlət də sizə həm Prezidentin Ehtiyat Fondundan, həm başqa mənbələrdən kömək göstərir. İndi artıq özünüz də pul qazanır, onu investisiya şəklində belə işlərə yönəldirsiniz. Bu, bir daha onu göstərir ki, “Bakıelektrikşəbəkə” şirkətinin yaradılması, dövlətin nəzarətinə keçməsi barədə qəbul etdiyimiz qərar düzgün idi. İndi işlər yaxşı gedir. Həm dövlət nəzarəti, həm də dövlətin köməyi var və görülən işlər də göz qabağındadır.

Sonra dövlətimizin başçısı yardımçı stansiyanın idarəetmə otağına gəldi, düyməni basaraq stansiyanı işə saldı.

Prezident İlham Əliyev paylayıcı qurğuların iş prinsipləri ilə də maraqlandı. Bildirildi ki, digər paylayıcı qurğularda olduğu kimi, burada da Bakıda yığılan ən müasir avadanlıq quraşdırılmışdır. Hazırda paytaxtın bütün yerlərində bu cür tədbirlər görülür.

Dövlətimizin başçısı ulu öndərin və özünün energetiklərlə keçirdiyi görüşləri, yeni elektrik stansiyalarının təməlqoyma və istifadəyə verilməsi mərasimlərini əks etdirən fotoşəkillərə də baxdı, görülən işlərdən razılığını bildirdi, kollektivə yeni uğurlar arzuladı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib

Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir

BVF: İnkişaf etmiş ölkələrdə COVID-19-dan bəri ən böyük büdcə kəsirləri yarana bilər

Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb

TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Bakıda Azərbaycan-Laos investisiya və biznes-forumu keçirilir

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər