AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BLOOMBERG-NYUS TELEVİZİYASINA MÜSAHİBƏ VERMİŞDİR
Budapeşt, 26 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda - “İntercontinental” mehmanxanasında Bloomberg-Nyus televiziyasına müsahibə vermişdir.
Prezident İlham Əliyev Nabukko layihəsi ilə bağlı Azərbaycanın mövqeyi, ölkəmizdə neft-qaz sənayesinin hazırkı vəziyyəti və perspektivləri, boru kəmərlərinin fəaliyyəti, şaxələndirilməsi, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın iştirakı ilə bağlı suallara cavab vermişdir.
######
