Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MDB-NİN DÖVLƏT BAŞÇILARI ŞURASININ İCLASINDA İŞTİRAK ETMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında iştirak etmişdir. Ukrayna dövlətinin başçısı Viktor Yuşşenkodan başqa MDB-nin üzvü olan bütün ölkələrin prezidentlərinin iştirak etdiyi iclasın gündəliyinə 20 məsələ daxil idi.

Gündəliyin əsas bəndi MDB-nin gələcək inkişafı haqqında Konsepsiya və onun həyata keçirilməsinə dair Əsas Tədbirlər planı idi. Konsepsiyanın layihəsi Dövlət Başçıları Şurasının 2006-cı il 28 noyabr və Xarici İşlər Nazirləri Şurasının 2007-ci il 5 yanvar tarixli qərarlarına müvafiq olaraq yaradılmış işçi qrup tərəfindən işlənib hazırlanmışdır. Konsepsiyaya görə, Birlik üçün birinci dərəcəli məsələ iqtisadi əməkdaşlıq - tammiqyaslı azad ticarət rejiminin tətbiq edilməsi, müəssisələr arasında istehsal kooperasiyası əlaqələrinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ümumi bazarının inkişafı, nəqliyyat, energetika və başqa sahələrdə qarşılıqlı fəaliyyət məsələləridir. Siyasi və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi, humanitar sahədə, miqrasiya siyasətində, təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişaf etdirilməsi tədbirləri də nəzərdə tutulmuşdur.

MDB dövlətlərinin razılaşdırılmış miqrasiya siyasətinə dair təkliflər Düşənbə zirvə toplantısının əsas məsələsi oldu. Hazırda miqrasiya sahəsində əməkdaşlıq məsələləri ilə Birliyin sahəvi əməkdaşlıq üzrə iki orqanı - Əmək, Miqrasiya və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurası və MDB-nin üzvü olan dövlətlərin qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığı haqqında Sazişin iştirakçısı olan dövlətlərin Birgə Komissiyası məşğul olur. Ona görə də MDB ölkələrinin qarşılıqlı əlaqələri prosesinə bir sıra düzəlişlər etmək zərurəti ilə bağlı razılaşdırılmış miqrasiya siyasətinə dair təkliflər hazırlamaq üçün qrup yaradılmışdı.

“Kohi Somon” sarayında keçən zirvə toplantısı başlanmazdan əvvəl dövlət başçıları xatirə şəkli çəkdirdilər.

Zirvə toplantısı dövlət başçılarının məhdud tərkibdə görüşü ilə açıldı.

X X X

Sonra iclas öz işini geniş tərkibdə davam etdirdi. Geniş tərkibdə iclasın açılışında çıxış edən Tacikistan Prezidenti Emoməli Rəhmon zirvə görüşünün iştirakçılarını salamladı və əmin olduğunu bildirdi ki, aparılan müzakirələr və əldə edilmiş razılaşmalar MDB-nin fəaliyyəti üçün yeni platforma yaradacaq, Birlik xalqlarının rifahına xidmət edəcəkdir.

MDB-nin sədri, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Tacikistan rəhbərliyinin qonaqpərvərliyinə və sammitin işinin yaxşı təşkilinə görə təşəkkürünü bildirdi. O, Emoməli Rəhmonu doğum günü - zirvə toplantısının iş günü ilə eyni vaxta düşmüş 55 yaşının tamam olması münasibətilə təbrik etdi və bildirdi ki, Tacikistan dövlətinin başçısı MDB-nin inkişafında xidmətlərinə görə Birliyin yüksək mükafatına - Fəxri nişana layiq görülmüşdür.

Nursultan Nazarbayev iclas iştirakçılarına MDB-nin üzvü olan dövlətlərin başçıları tərəfindən məhdud tərkibdə müzakirə edilmiş məsələlər, zirvə toplantısının müzakirəsinə çıxarılmış sənədlər - MDB-nin gələcək inkişaf konsepsiyası və onun reallaşdırılmasına dair əsas tədbirlər planı, eləcə də MDB dövlətlərinin razılaşdırılmış miqrasiya siyasəti proqramı barədə məlumat verdi. Qazaxıstan Prezidenti MDB-nin işinin yeni - “Bir il, bir mövzu” forması barədə təşəbbüs irəli sürdü. O, 2008-ci ilin MDB-nin Tranzit-nəqliyyat potensialının inkişafı ili elan olunmasını təklif etdi.

MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo bildirdi ki, MDB ölkələrinin bəziləri müzakirə olunmuş bir sıra məsələlərə dair təkliflər vermişdir. Məsələn, Azərbaycan tərəfi Razılaşdırılmış miqrasiya siyasəti proqramı barədə xüsusi rəy bildirmişdir.

İclasda təşkilati məsələlərə də baxıldı.

Dövlət başçıları sammitin sənədlərini - Razılaşdırılmış miqrasiya siyasəti haqqında Bəyannaməni və MDB-nin gələcək inkişaf konsepsiyasını qəbul etdilər. Bəyannamədə vurğulanır ki, MDB ölkələri “MDB-nin üzvü olan dövlətlərin vətəndaşlarının etnik, dil, mədəni və dini özgünlüyünü dəstəkləmək, onlarda yaşadıqları ölkənin qanunvericiliyinə, dilinə və mədəniyyətinə hörmət münasibəti formalaşmasına şərait yaratmaq” niyyətindədirlər. Tərəflər həmçinin “əmək miqrasiyası proseslərinin qaydaya salınması və tənzimlənməsi məsələləri sahəsində əməkdaşlığı dərinləşdirmək, üzv dövlətlərin vətəndaşlarının qarşılıqlı səfərləri üçün əlverişli şərait təmin edilməsinə çalışmaq” əzmindədirlər.

Sənədin digər iki bəndində deyilir ki, MDB ölkələri “qanunsuz miqrasiyanın qarşısının alınmasına və belə hallara yol verilməməsinə yönəlmiş tədbirlər həyata keçirəcək, qanunsuz miqrasiyanın qarşısının alınması, aşkar olunması və ona son qoyulması məsələlərində bir-birinə kömək edəcək, miqrasiya sahəsində qanunvericiliyin yaxınlaşdırılması, miqrasiya proqramlarının işlənib hazırlanması və onların praktik şəkildə

reallaşdırılması məsələlərində əməkdaşlığa çalışacaqlar”.

Zirvə toplantısı başa çatandan sonra keçirilmiş mətbuat konfransında MDB-nin sədri Nursultan Nazarbayev dedi ki, MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2008-ci ilin sentyabr ayında Bişkekdə keçiriləcəkdir. O bildirdi ki, MDB-də sədrlik Qırğızıstana keçir. Nursultan Nazarbayev MDB İcraiyyə Komitəsinin sədri Vladimir Ruşayloya bu vəzifədə səmərəli fəaliyyətinə görə təşəkkür etdi. Eyni zamanda dedi ki, V.Ruşaylonun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar, indən belə bu vəzifəni Rusiya Xarici Kəşfiyyat Xidmətinin indiki rəhbəri Sergey Lebedev tutacaqdır.

Elə həmin gün Tacikistan Prezidenti Emoməli Rəhmonun adından MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının şərəfinə rəsmi ziyafət verildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Qurtuluş Günü və müstəqil məhkəmə sisteminin institusional təməlləri

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza