AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QAZAXISTANIN MÜDAFİƏ NAZİRİ DANİAL AXMETOVU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Prezident sarayında Qazaxıstanın müdafiə naziri Danial Axmetovu qəbul etmişdir.
Görüşdə Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyi vurğulandı. Qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilərək, Qazaxıstan müdafiə nazirinin səfərinin ölkələrimizin müdafiə nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcəyi bildirildi.