Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN CNBC TELEVİZİYA KANALINA MÜSAHİBƏSİ

Bakı, 2 fevral (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də Davosda “Konqress” mehmanxanasında ABŞ-ın CNBC (Si-en-bi-si)  televiziya kanalına müsahibə vermişdir. Həmin müsahibənin mətnini oxuculara təqdim edirik.

-Cənab Prezident, proqramımıza xoş gəlmisiniz. Sizinlə bir yerdə olmaq xoşdur.

-Təşəkkür edirəm, sizi görməyimə şadam.

-Sağ olun. Burada forumun əsas müzakirə mövzusu beynəlxalq böhrandır. Hər kəs böhran haqqında danışır. Azərbaycana gəldikdə, beynəlxalq böhranın iqtisadiyyatınıza təsiri necə hiss olunur?

-Beynəlxalq böhran iqtisadiyyatımıza elə də güclü təsir göstərməyibdir. Azərbaycan dünya iqtisadiyyatına getdikcə daha çox inteqrasiya olunduğundan, xüsusən ixrac potensialı ilə bağlı müəyyən narahatlıqlarımız var. Qeyri-neft sektorundakı ixrac potensialı son aylarda az da olsa azalmışdır. Lakin ümumilikdə, bizdə maliyyə məsələləri və iqtisadiyyatın inkişafı ilə bağlı vəziyyət yaxşıdır.

-Azərbaycan dünyanın ən sürətlə artan iqtisadiyyata malik ölkələrindən biridir. Hətta artımda müəyyən qədər azalmalar olsa belə, yenə Azərbaycan ən yüksək pillədədir.

-Bəli, düzdür. Son beş il ərzində iqtisadiyyatımız 2,6 dəfə artdığından, yüksək artım sürətini saxlamaq indi əvvəlkindən daha çətindir. Keçən il bu göstərici 11 faiz təşkil etmişdir. Daha öncəki il isə 25 faiz olmuşdur. Bu səviyyəni uzun müddət saxlamaq mümkün deyildir. Lakin iqtisadi artım əhəmiyyətli dərəcədədir. Getdikcə iqtisadiyyatın daha çox şaxələndirilməsi, neftin qiymətlərindən və enerji amilindən daha az asılı olmaq vacibdir. Bu, iqtisadi islahatlar, şaxələndirmə, özəl sahibkarlığın dəstəklənməsi sahələrində həyata keçirilən siyasət nəticəsində mümkün olmuşdur. Biz enerji amilindən asılılığı əhəmiyyətli dərəcədə azaltmağa müvəffəq olmuşuq.

-Mən enerji və şaxələndirmə haqqında danışmaq istərdim. Gəlin əvvəlcə enerjidən başlayaq. Hər halda, bu, indi Avropada ən çox müzakirə olunan mövzulardandır. Biz Rusiya və Ukrayna arasında bu yaxınlardakı danışıqlardan xəbərdarıq. Brüssel, Avropa Komissiyası, bütün Avropa İttifaqı, o cümlədən Almaniya enerji təhlükəsizliyinin təmin olunmasında, xüsusilə də qaz təchizatında çox maraqlıdırlar. Azərbaycana gəldikdə, enerji təhlükəsizliyi məsələsində Sizin ölkənizin töhfəsi nədən ibarət ola bilər?

-Biz on ildən artıqdır ki, çox mühüm enerji layihələrini həyata keçiririk və hazırda Xəzər neftini dünya bazarına çıxaran boru kəməri xətti beynəlxalq enerji təhlükəsizliyində getdikcə daha əhəmiyyətli rol oynamaqdadır. Bizim nəhəng enerji ehtiyatlarımız var. Qaz ehtiyatlarımız bizə ən azı yüz il kifayət edəcəkdir. Artıq müasir nəqliyyat infrastrukturumuz var, təchizat marşrutlarımızı şaxələndirmişik. Şaxələndirmə təkcə istehlakçılar üçün yox, eyni zamanda, təchizatçılar üçün də əhəmiyyətlidir. Düzdür, indiki böhran zamanı istehlakçıların problemi diqqət mərkəzində olmuşdur, lakin təchizatçı ölkə kimi Azərbaycana da etibarlı və təhlükəsiz nəql marşrutları gərəkdir. Müxtəlif istiqamətlərdə boru kəmərləri inşa etməklə biz bu məqsədə nail oluruq. Bu gün söhbət Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin etmək üçün lazım olan əlavə həcmlərdən gedir. Bunun üçün Azərbaycanın imkanları vardır. Biz Türkiyə-Yunanıstan-İtaliya, Nabukko, Transadriatik boru kəmərləri kimi layihələrin müzakirələrində iştirak edirik. Ölkəmizdə bu vaxta kimi görülmüş işlər göstərir ki, Azərbaycan etibarlı tərəfdaşdır. Həyata keçirdiyimiz layihələrin heç biri böhran zamanı sual altına alınmadı.

-Gəlin, Nabukko haqqında danışaq. Avropa bankları, Avropa İttifaqı Nabukkonu maliyyələşdirməkdə maraqlıdır. Bu layihə böyük maliyyə vəsaiti tələb edir və çox əhəmiyyətlidir. Əgər layihə maliyyələşdirilsə, Azərbaycan bu layihədə iştirakına sadiqdirmi?

-Əlbəttə, biz yeni layihələrdə iştirak etməkdə maraqlıyıq, belə ki, mövcud kəmərlərin nəqletmə qabiliyyəti enerji ehtiyatlarımızın ixrac potensialına tam cavab vermir. Biz bu gün hasil etdiyimiz qazdan, ola bilsin ki, iki dəfə artıq hasil edək. Builki qaz hasilatı 20 milyard kubmetrdən artıq olacaqdır. İxracımız hələlik regional bazarla məhdudlaşır. Beləliklə, Nabukko və ya bu kimi layihələr şaxələndirmə və uzunmüddətli etibarlı təchizat mexanizmlərinə malik olmaq üçün imkan yaradır. Lakin əlbəttə ki, Nabukko ilə bağlı böyük əhəmiyyət daşıyan məsələlər, ilk növbədə, sizin də dediyiniz kimi, maliyyələşmə məsələsi aydınlaşdırılmalıdır. İkinci mühüm məsələ isə ondan ibarətdir ki, Avropa bu və ya digər dərəcədə vahid enerji siyasətinə malik olmalıdır. Nabukko bütün Avropa İttifaqını deyil, Mərkəzi Avropanın bir neçə ölkəsini birləşdirir. Digər mühüm məsələ bütövlükdə Avropa İttifaqının Nabukkonun həyata keçirilməsində nə dərəcədə önəmli rol oynamasından ibarətdir. Düzdür, ümidverici məqamlar var, lakin bu işdə hər hansı irəliləyişin olması vacibdir. Üçüncüsü, bizim üçün Azərbaycan qazının tranziti ilə bağlı məsələlərin aydınlaşdırılması vacibdir. Avropa İttifaqı bazarına birbaşa çıxış əldə etmək üçün tranzit ölkələrlə tranzit müqaviləmiz olmalıdır.

Beləliklə, bütün bu mühüm məsələlər bir-biri ilə əlaqəlidir və biz bunların həyata keçirilmə sürətinə uyğun şəkildə hasilatın planlaşdırılmasını aparacağıq. Biz bazar olmadan qaz hasil edə bilmərik. Bazar və müqavilələr olmalıdır ki, sonra hasilat olsun. Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları minimum 2 trilyon kubmetr təşkil edir. 

-Avropa ölkələri arasında dostlarınızdan danışarkən deyim ki, Azərbaycan İtaliya ilə güclü əlaqələr qurur. İtaliya Nazirlər Şurasının sədri Silvio Berluskoni ilə bu yaxınlarda görüşmüsünüz. Sizin yaxşı ticarət əlaqələriniz var. Bu barədə nə deyə bilərsiniz?

-İxrac məhsullarımızın əksər hissəsi Avropa İttifaqına çıxarılır və bu baxımdan İtaliya da bizim mühüm ticarət tərəfdaşımızdır. Bizim İtaliya və eləcə də digər Avropa ölkələri ilə yaxşı münasibətlərimiz var. Biz Avropa İttifaqının üzvü olan, demək olar ki, bütün dövlətlərlə yaxşı siyasi və iqtisadi əlaqələr qurmuşuq. Bu əlaqələr bir-birimizi daha yaxşı tanımağa imkan verir, qarşılıqlı inama əsaslanır və biz ümumi maraqlara söykənən birgə layihələrdə iştirak edirik. İndi enerji təhlükəsizliyi məsələsi təkcə enerji ilə bağlı deyil, bu, həm də qlobal təhlükəsizlik məsələsidir.

-Türkiyə ilə gözəl münasibətləriniz var.

-Əlbəttə, Türkiyə bizim dostumuz, müttəfiqimizdir. Bizim Türkiyə ilə ümumi tarixi, mədəni əlaqələrimiz var. Bu gün Azərbaycanla Türkiyə arasında birgə səylərin mövcudluğu regionda sabitliyin təmin olunmasına xidmət edir.

-Nabukko ilə bağlı Rusiya tərəfindən Sizə hansısa təzyiqlər olurmu?

-Xeyr, bizə Rusiya tərəfdən heç bir təzyiq olmayıbdır. Enerji məsələsində Rusiya ilə aramızda heç bir ziddiyyət yoxdur.

-Vaşinqtonun keçmiş administrasiyası ilə münasibətləriniz yaxşı olub. Bəs Obama administrasiyası ilə əlaqələrinizin perspektivlərini necə görürsünüz?

-Biz yaxşı tərəfdaşlıq münasibətlərimizin bundan sonra da inkişaf etdiriləcəyinə ümidvarıq. Azərbaycan-ABŞ əlaqələrinin qurulmasından uzun zaman keçir. Tərəfdaşlığımızda enerji siyasəti mühüm rol oynayır. Əlaqələrimiz hər iki ölkənin milli maraqlarına uyğundur. Ümid edirik ki, bu müsbət meyil yeni administrasiya ilə də davam edəcəkdir.

-İqtisadiyyatınızın modernləşdirilməsi siyasətinə nəzər yetirdikdə, şaxələndirmə mühüm yer tutur. Şaxələndirmədə informasiya-kommunikasiya texnologiyaları sektoru ən əhəmiyyətli sektor kimi görünür. Xahiş edirəm, bununla bağlı strategiyanızdan danışasınız.

-Strategiyamızın əsas məqamları bunlardır: şaxələndirmə və modernləşdirmə, iqtisadiyyatın enerji sahəsindən asılılığının azaldılması və ölkəmizin dayanıqlı inkişafının təmin olunması. Bununla bağlı müasir texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları, təhsil, əhalinin məşğulluğu, yoxsulluğun azaldılması, səhiyyə və digər sahələr prioritet təşkil edir. Bütün bunlar həyatımızın sosial sektorunu əhatə edir. Biz bütün bu sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində əhəmiyyətli inkişafa nail olmuşuq. Qeyd etdiyim kimi, indi informasiya-kommunikasiya texnologiyaları iqtisadiyyatımızın ən prioritet sahələrindəndir. Biz hazırda güclü iqtisadiyyatı, maliyyə imkanları, güclü intellektual potensialı olan ölkə qurmağı qarşımıza məqsəd qoymuşuq. Neftdən əldə etdiyimiz gəlirlər insan kapitalına sərmayə yatırmağa imkan verir. Hazırda informasiya-kommunikasiya texnologiyaları dünyada iqtisadiyyatın ən perspektivli sahələrindən biridir. Bu, təkcə iqtisadiyyat deyil, həm də bilikdir, təhsildir, ümumi inkişaf və müasirləşmədir. Biz dünyanın aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətləri ilə çox yaxşı əlaqələr qurmuşuq və bunun davam etdiriləcəyinə ümid edirəm. Biz indi peyk buraxmaq, Azərbaycanda kosmos sənayesi yaratmaq ərəfəsindəyik. Çox böyük planlarımız var və ümid edirəm ki, məqsədlərimizə nail olacağıq.

-Bizim proqramımıza tamaşa edən insanlar bilirlər ki, yeni İpək yolu haqqında çox danışmışıq. Bu, XXI əsrin mühüm layihələrindəndir. Azərbaycan strateji baxımdan Çinlə Avropa arasında yerləşir. Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə regional mərkəzə çevrilməsi üçün inkişaf planlarınız nədən ibarətdir?

-Biz bu sahəyə böyük diqqət ayırırıq, hazırda isə informasiya-kommunikasiya texnologiyaları sahəsində şirkətlərin Azərbaycanı bu sahə üzrə regional mərkəz seçməsi üçün şərait yaradılmasını planlaşdırırıq. Regional mərkəz olmaq üçün yalnız arzunun olması kifayət deyil, burada birgə səylər lazımdır. Birinci, dövlətin bu işə fəal cəlb olunması, dövlət tərəfindən təşəbbüslər və dövlət informasiya-kommunikasiya texnologiyaları proqramı. İkinci, iqtisadiyyatın liberallaşdırılması, əlverişli sərmayə mühitinin yaradılması. Daha sonra, əlbəttə ki, əlverişli coğrafi mövqeyimizdən səmərəli istifadə edərək, regional mərkəzə çevrilmək. Necə ki, biz bunu nəqliyyat və enerji sahələrində etdik. Bu gün biz boru kəmərləri, avtomobil yolları, İpək yolu, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini inşa edirik. Bunlar həm əlverişli coğrafi mövqeyimiz, həm də konkret proqramlarımız əsasında həyata keçirilir. İnformasiya-kommunikasiya texnologiyaları sektorunda nəzərdə tutduğumuz işlər Azərbaycanı inkişafın yeni mərhələsinə gətirib çıxaracaqdır. Bildiyiniz kimi, gələcək neft və qaza deyil, texnoloji inkişafa məxsusdur. Neft və qaz ehtiyatları tez və ya gec tükənəcək, bilik və texnologiya isə hər zaman inkişafda dominantlıq edəcəkdir. İndi dünyanın aparıcı ölkələri informasiya-kommunikasiya texnologiyaları sektoruna sərmayə yatıran, ən qabaqcıl texnoloji imkanlara malik olan ölkələrdir.

-Bu baxımdan Siz kosmos sənayesi və regional innovasiyaları nəzərdə tutursunuz?

-Texnoparklar və regional innovasiyalar dövlətin İKT proqramında nəzərdə tutulubdur. Biz dövlət tərəfindən ilkin sərmayə qoyuluşuna hazırıq. Əlbəttə ki, biz xarici və yerli sərmayələrin qoyuluşundan da məmnun olardıq. Lakin bu işlərə təkan vermək, başlamaq üçün biz bütün hazırlıq işlərini həyata keçirməli, infrastruktur yaratmalı, investisiyanı təmin etməliyik. Enerji layihələri üçün cəlbedici olmağı bacardığımız kimi, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün də cəlbedici olmalıyıq.

-Cənab Prezident, müsahibəyə görə minnətdarıq.

-Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır VİDEO

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır VİDEO

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik