Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İSVEÇRƏYƏ SƏFƏRİ
REUTERS AGENTLİYİNƏ MÜSAHİBƏ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İSVEÇRƏYƏ SƏFƏRİ REUTERS AGENTLİYİNƏ MÜSAHİBƏ

Bakı, 3 fevral (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Davosda “Konqress” mehmanxanasında Reuters agentliyinin müxbiri Qay Folkonbriqə müsahibə vermişdir. Həmin müsahibəni oxuculara təqdim edirik.

- Neftin qiymətləri ilə bağlı proqnozlarınız necədir? Siz Avropa bazarlarında əsas hasilatçı ölkələrdən birisiniz. Hamı, xüsusən də Rusiya, Birləşmiş Ştatlar və Çin də neftin qiymətinin hansı səviyyədə olacağı ilə maraqlanır. Neftin qiyməti ilə bağlı Sizin öz proqnozunuz varmı? Bu, çox çətin işdir.

- Bəli, bu, çətin məsələdir. Hesab etmirəm ki, kimsə neftin qiyməti ilə bağlı dəqiqliklə düzgün proqnoz verə bilər. Bu, müxtəlif amillərdən asılıdır. Hətta OPEK tərəfindən hasilatın azaldılması da qiymətə ciddi təsir göstərmədi. Bizə gəldikdə isə, düşünürəm ki, qiymət təxminən 80, 90 və ya 100 dollar səviyyəsində olarsa, sərfəli sayıla bilər. Bütün bunlar şirkətlərə lazımi dərəcədə sərmayə qoymağa, insan kapitalı kimi humanitar məsələlərə yatırımların ayrılmasını davam etdirməyə imkan yaradacaqdır. Təhsil, səhiyyə və infrastruktur sahələri xərclərimizin əsas istiqamətlərini təşkil edir. Lakin sizə deyə bilərəm ki, hətta bu gün mövcud olan qiymətlə - 1 barrel 45 dollar qiyməti ilə də bizim iqtisadiyyat uğurla inkişaf edir.

- Sizin proqnozunuza əsaslansaq, bu il ÜDM-in artımı nə qədər olacaq?

- Fakt ondan ibarətdir ki, son beş il ərzində ölkəmizdə ÜDM 2,6 dəfə artıbdır. Fikrimcə, bu, tarixi rekorddur. Gələn aylar ərzində, proqnozumuza uyğun olaraq, bu göstərici təxminən 10 faiz ola bilər. Zənnimcə, qlobal böhran şəraitində bu rəqəm kifayətedici səviyyədən də artıqdır. Bu inkişaf səviyyəsini davam etdirməyə çalışacağıq. Biz artıq neft sektoruna böyük sərmayələr qoymuş, dövlət maliyyə vəsaitləri və kreditlər hesabına özəl sektora güclü şəkildə dəstək vermişik. Hazırda biz qeyri-neft sektorunun inkişafının bəhrəsini, iqtisadiyyatımızın şaxələndirilməsinin faydasını görürük. Gələcəkdə bu cür inkişaf bizə neftin qiymətindən asılı olmamaq imkanı yaradacaqdır.

- Demək, Sizin fikrinizcə, artım 10 faiz olacaqdır. Bu, əla rəqəmdir.

- Bəli.

- Yəni, iqtisadi böhran zamanı...

- Zənnimcə, biz bu işin öhdəsindən gələcəyik.

- 2010-cu il necə? Yoxsa, bu haqda düşünmək tezdir?

- Bəli. Əlbəttə ki, əgər neftin qiymətləri qalxsa, onda avtomatik olaraq artım səviyyəsi də qalxacaqdır. Lakin hazırkı böhran vəziyyətində və neftin qiymətlərinin aşağı düşməsi şəraitində göstəricilərimizi nəzərə alsaq görərik ki, iqtisadi inkişafımızın əsas uğuru neft deyildir. İqtisadi islahatlar, qeyri-neft sektorunda artım, iqtisadiyyatın liberallaşdırılması, əlverişli sərmayə mühiti fikirlərimizi əsaslandıran əsas amillərdir. Təsadüfi deyil ki, Dünya Bankı 2008-ci ildə Azərbaycanı bir nömrəli islahatçı ölkə elan etdi. Bu, fəaliyyətimizə verilən çox yüksək qiymətdir. Nəzərə almaq lazımdır ki, bu qiymət dünyanın aparıcı maliyyə təsisatı olan Dünya Bankı tərəfindən verilibdir. Bir sözlə, biz az vəsait əldə edəcəyimizə baxmayaraq, iqtisadi islahatları və infrastruktur sərmayələrini davam etdirəcəyik. Hesab edirəm ki, bütün bunlar böhran zamanı da iqtisadiyyatın inkişafına xidmət edəcəkdir.

- Siz infrastruktur deyəndə, boru kəmərlərini nəzərdə tutursunuz?

- Biz özümüzə lazım olan bütün infrastrukturu yaratmışıq. Hazırda müxtəlif istiqamətlərə gedən yeddi boru kəmərimiz var. Bundan əlavə, biz elektrik stansiyalarının, qazlaşdırma qurğularının yaradılmasına, avtomobil yollarının çəkilməsinə və digər infrastruktur sahələrinin inkişafına nail olmuşuq. Biz planlaşdırdığımız məqsədlərə çatmışıq və bu işlər gələcəkdə də davam etdiriləcəkdir.

- Cənab Prezident, atanız çox böyük strateji düşüncəyə malik insan kimi tanınırdı. Dünyada gedən proseslərə Siz də eyni müdrikliklə yanaşırsınız. Hazırda dünya böyük iqtisadi böhran içərisindədir. Fikrinizcə, böhrandan çıxmaq üçün nə edilməlidir?

- Böhranla bağlı düşünürəm ki, əgər kimsə bunu öncədən proqnozlaşdırsaydı, onda tədbirlər vaxtında görülərdi. Bu böhran hamı üçün problemə çevrilibdir. Digər ölkələr kimi, biz də bu böhranı ümumiyyətlə gözləmirdik. Məsələn, hazırda biz məhsullarımızın ixracında müəyyən çətinliklərlə rastlaşırıq. Buna səbəb istehlakçılarımızın bazarlarında yaranan problemlərdir. Fikrimcə, maliyyə bazarlarında daha geniş əməkdaşlıq, daha çox proqnozlaşdırma olmalı, daha çox məsləhətləşmələr aparılmalıdır.

- Mən Sizə boru kəmərləri və enerji təhlükəsizliyi haqqında sual vermək istərdim. Son vaxtlar üzə çıxmış məsələlərdən biri də Türkiyə ilə tranzit qaz kəməri və qazın tranziti haqqında razılaşma ilə bağlıdır. Bu, Azərbaycan üçün önəmli məsələdir. Bu sahədə hər hansı irəliləyiş varmı? Razılaşmanın imzalanmasını bu yaxınlarda gözləmək olarmı?

- Biz danışıqlar prosesindəyik və ümidvaram ki, həmin danışıqları mümkün qədər tez başa çatdıracağıq. Həmin saziş Azərbaycan qazının Avropa İttifaqı bazarına çıxışını daha da genişləndirəcəkdir. Buna görə də bu cür razılaşma hamımız - hasilatçılar, istehlakçılar və tranzit ölkələr üçün faydalı olacaqdır. Beləliklə, ümid edirik ki, razılaşma yaxın vaxtlarda yekunlaşacaqdır.

- Belə çıxır ki, qazın ixracı həmin saziş imzalandığı vaxtdan etibarən başlayacaq?

-Tamamilə doğrudur. Biz, ola bilsin, cari ilin sonunda və ya gələn ildə təchizatı başlamağa hazırıq.

- İndi isə, mən siyasi məsələlərə - Dağlıq Qarabağ probleminə keçmək istərdim. Bilirəm ki, Siz Ermənistan Prezidenti ilə görüş keçirmisiniz. Dağlıq Qarabağ problemi çox mürəkkəb məsələdir. Hər hansı irəliləyiş varmı? Baza prinsiplərini nə vaxt gözləyə bilərik?

- Əfsuslar olsun, indiyə qədər nəticəyə nail olmamışıq. Danışıqlar prosesi gedir, müəyyən irəliləyiş var, lakin nəticə yoxdur. Bu, əsas problemdir. Problem yalnız beynəlxalq hüquq prinsipləri əsasında həll oluna bilər. Bundan başqa prinsiplər yoxdur. Beynəlxalq hüququn həmin prinsipləri Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxmasını, məcburi köçkünlərin bu torpaqlara qayıtmasını nəzərdə tutur. Bu, münaqişənin həllinə aparan yoldur. Əfsuslar olsun ki, Ermənistanın mövqeyi son vaxtlara qədər konstruktiv olmamışdır. Lakin ümid edirik ki, əgər onlar konstruktiv yanaşma nümayiş etdirsələr və beynəlxalq hüquq normalarına əməl etməyə hazır olduqlarını göstərsələr, münaqişə həllini tapa bilər, regionda sülh bərqərar ola bilər. Torpaqların işğal altında saxlanılması Ermənistana nə fayda verir? Onlar özlərini regionda təcrid vəziyyətinə salıblar. Enerji layihələri, boru kəmərləri və dəmir yol xətlərindən kənarda qalıblar. Azərbaycan və digər qonşularla münasibətləri normallaşdırmadan, təcrid olunmuş vəziyyətdə yaşamaq gələcəkdə Ermənistan üçün daha da çətin olacaqdır.

- Cənab Prezident, qarşıdan referendum gəlir. Bəzi şəxslər bildirir ki, bu, Sizə uzun müddət ərzində hakimiyyətdə olmağınıza yönəlibdir. Həmin referendumla bağlı və onun məqsədləri barədə hər hansı şərh verə bilərsinizmi?

- Referenduma bir çox məsələlər çıxarılacaq və yekun olaraq xalq öz münasibətini bildirəcəkdir. Referendum, bir çox digər ölkələrdə olduğu kimi, xalqa qərar qəbul etmək imkanını yaradan demokratik prosedurdur. Seçilməklə bağlı məhdudiyyətə gəldikdə, dünya təcrübəsinə nəzər salsaq, eyni vəziyyəti görəcəksiniz. Əgər xalq bu və ya digər lideri dəstəkləyirsə, xalqın onu seçmək hüququ var.

- Bəziləri Azərbaycanın gözəl iqtisadi artımına baxmayaraq, insan hüquqları ilə bağlı məsələləri qaldırırlar. Bu tənqidlə bağlı nə deyə bilərsiniz? Bəzən onların tənqidini başa düşmək Azərbaycan üçün çətin olur.

- Bilirsiniz, əgər tənqid əsaslıdırsa, biz bunu müzakirə etməyə həmişə hazırıq. Azərbaycan Avropa Şurası kimi bir neçə beynəlxalq təşkilatın üzvüdür. Avropa Şurasına qəbul olunduğumuz zaman biz üzərimizə müəyyən öhdəliklər götürmüşük və onları yerinə yetiririk. Bəzən müxtəlif QHT-lər tərəfindən səsləndirilən müəyyən tənqidi fikirlər bizi narahat etmir, çünki bu tənqid bir çox hallarda əsassızdır. Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət normaldır. Əgər siz regiona nəzər yetirsəniz görərsiniz ki, Ermənistanda hətta ən adi insan hüquqlarının kobud şəkildə pozulmasına görə heç kim tənqidə məruz qalmır. Həmin ölkədə prezident seçkiləri keçiriləndə baş vermiş hadisələri, ordu tərəfindən qətlə yetirilmiş insanların sayını, fövqəladə vəziyyətin elan edilməsini və internet saytlarının bağlanaraq senzuranın qoyulmasını hamı bilir. Yüzlərlə müxalifətçi həbs edildi, xeyli sayda insan yaralandı, lakin biz Ermənistanla bağlı hər hansı tənqidi eşitdikmi? Xeyr! Niyə? Buna səbəb ikili standartlardır, çünki erməni lobbisi Ermənistanı tənqidlərdən qoruyur. Azərbaycanda isə, insan hüquqlarının müəyyən dərəcədə pozulması kimi hesab edilə biləcək hər hansı, kiçik də olsa, epizod baş verdiyi zaman, ölkəmiz dərhal insan hüquqlarını pozan ölkə kimi təqdim edilir. Bunu edən strukturlara etimadımız itir. Beləliklə, bu cür fikirlər eyni standartlara əsaslanmalıdır. Azərbaycanın demokratik inkişafında hər şeyin mükəmməl olduğunu demək olarmı? Xeyr. Amma deyin görək, harada insan hüquqları mükəmməl qorunur? Tənqidi fikirlər real vəziyyətə əsaslanmalıdır. Cənubi Qafqaz və digər keçmiş Sovet İttifaqı ölkələrinə gəldikdə, eyni standart tətbiq edilməlidir. Hesab edirəm ki, Azərbaycanda real vəziyyət haqqında nə qədər çox məlumat olarsa, ölkəmizə bir o qədər obyektiv qiymət verilə bilər. Buna görə də çox istəyirik ki, bizi tənqid edənlər Azərbaycana gəlsinlər və ölkədə gedən prosesləri öz gözləri ilə görsünlər.

Çox sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır VİDEO

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır VİDEO

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik