AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MACARISTANIN BAŞ NAZİRİ FERENTS DYURÇAN İLƏ GÖRÜŞÜ
Budapeşt, 26 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Parlament binasında Macarıstanın Baş naziri Ferents Dyurçan ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında əlaqələrin siyasi-iqtisadi, humanitar sahədə uğurla inkişaf etdiyi bildirildi, bu əlaqələrin daha da genişləndirilməsi üçün geniş potensialın olduğu vurğulandı. Söhbət zamanı yanvarın 27-də keçiriləcək Nabukko sammitinin əhəmiyyəti, habelə, Azərbaycanın Avropanın enerji təhlükəsizlik sistemində rolu, önəmi qeyd olundu.
Görüşdə ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi, bu əlaqələrin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətli olduğu bildirildi.
######
![]() |
![]() |
![]() |


