RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN POLŞA NAZİRLƏR ŞURASININ SƏDRİ DONALD TUSK İLƏ GÖRÜŞÜ
Davos, 28 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Davosda “Konqress” mehmanxanasında Polşa Nazirlər Şurasının sədri Donald Tusk ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin siyasi-iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, iqtisadi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olundu. Söhbət zamanı həmçinin Nabukko layihəsi çərçivəsində enerji sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
######