RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TACİKİSTANA SƏFƏRİ
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 5-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə yola düşmüşdür.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.