AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ LATVİYA PREZİDENTİ VALDİS ZATLERSİN GÖRÜŞÜ
Davos, 30 yanvar (AZƏRTAC). “Konqress” mehmanxanasında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin görüşü olmuşdur.
Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə genişlənməsindən məmnunluq ifadə olundu, qarşılıqlı əlaqələrin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa öz töhfəsini verdiyi bildirildi. Həmçinin yüksək səviyyədə görüşlərin bu əlaqələrin möhkəmlənməsi işinə xidmət etdiyi vurğulandı.
İki ölkə arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildiyi görüşdə ikitərəfli əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.
######
