AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ MACARISTAN PREZİDENTİ LASLO ŞOYOMUN GÖRÜŞÜ
Budapeşt, 27 yanvar (AZƏRTAC). Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Macarıstanın dövlət başçısı Laslo Şoyomun görüşü olmuşdur.
Görüşdə iki ölkə arasında münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olundu, yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrin inkişafına töhfə verdiyi, habelə müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.
Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.
######
![]() |
![]() |

