RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TACİKİSTAN PREZİDENTİ EMOMƏLİ RƏHMONUN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 5-də Düşənbədə hökumət iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olmuşdur.
Dövlət başçıları qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafı və əldə edilmiş razılaşmaların reallaşdırılması üçün böyük əhəmiyyətini vurğuladılar, Azərbaycan və Tacikistan arasında bütün sahələrdə əməkdaşlığın perspektivlərini, regional qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdilər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olundu.