AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 10-da Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun görüşü olmuşdur.
Görüşdə bildirildi ki, Azərbaycan-Ukrayna əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, iki ölkə beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində fəal əməkdaşlıq aparır.
Dövlət başçıları GUAM-ın Vilnüsdə keçirilmiş yubiley sammitinin ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətini vurğuladılar, qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da dərinləşəcəyinə əmin olduqlarını söylədilər.