AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVLƏNKƏRANA GƏLMİŞDİR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhərində baş vermiş qəza ilə əlaqədar yanvarın 30-da səhər buraya gəlmişdir.
Dövlətimizin başçısı İlham Əliyev hadisə yerində olmuş, qəzanın səbəbləri, xilasetmə işlərinin gedişi ilə maraqlanmışdır.
Prezident İlham Əliyev şəhər mərkəzi xəstəxanasında müalicə olunan yaralılara baş çəkmişdir. Dövlətimizin başçısı şəhər rəhbərliyinə xəsarət alanlara bütün zəruri köməyin edilməsi, evsiz qalmış ailələrin yerləşdirilməsi haqqında, hadisə ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının üzvlərinə qəzanın nəticələrinin aradan qaldırılması barədə konkret tapşırıqlar vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:12]
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO
- 28.09.2026 [10:58]