Azərbaycan qızıl istehsal edən ölkələr sırasına çıxmışdır
Bakı, 17 aprel (AZƏRTAC). Azərbaycan qızıl istehsal edən ölkələr sırasına çıxmış və son illərdə artıq 4,5 ton qızıl emal olunmuşdur. Hazırda Daşkəsən rayonu ərazisində Çovdar qızıl yatağında istismara hazırlıq görülür və zavod tikintisi işləri başa çatmaq üzrədir. Cari ilin sonunadək Gədəbəy və Çovdar qızıl yataqlarından birlikdə 7,5 ton qızıl çıxarılması proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov geoloqların əldə etdikləri nəticələr barədə danışarkən məlumat vermişdir.
H.Bağırov demişdir ki, geoloqların səyləri nəticəsində son iki ildə Göygöl rayonunda yeni Tülallar qızıl yatağı aşkarlanmış, 80 ton qızıl, 290 ton gümüş ehtiyatı hesablanmışdır. Hazırda yataq istismar işlərinə hazırlanır. Daşkəsən rayonunda Qoşqardağ-Çanaqçı qızıl yatağı aşkarlanmış və 20 ton qızıl ehtiyatları proqnozlaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]