Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan qlobal proseslərin subyekti kimi mövqeyini möhkəmləndirir ŞƏRH

Azərbaycan qlobal proseslərin subyekti kimi mövqeyini möhkəmləndirir  ŞƏRH

Bakı, 11 aprel, AZƏRTAC

Azərbaycan qlobal məsələlərin müzakirəsi üçün mühüm platforma kimi mövqeyini möhkəmləndirir. Bunu aprelin 9-da Bakıda ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumunun nüfuz dairəsi də təsdiq edir.

Əlamətdar haldır ki, 80-dən çox nüfuzlu beynəlxalq ekspertin və dünyanın 40-dan çox ölkəsindən analitik mərkəzlərin nümayəndələrinin iştirak etdiyi tədbirin ilk günü aprelin 8-də Xankəndidəki Qarabağ Universitetində keçirildi. Bakıda işini davam etdirən forumda Prezident İlham Əliyev çıxış edərək ölkə və regional gündəliyə dair mühüm fikirlər səsləndirdi, beynəlxalq siyasətin ən aktual problemlərinə də münasibətini açıqladı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

ADA Siyasət Forumunun artıq yeddinci ildir keçirildiyini bildirən deputatın sözlərinə görə, forumda təhlükəsizlik, Azərbaycanın regionda sülhün bərqərar olmasında səyləri, dünyada gedən proseslər və təbii ki, Qarabağ ətrafında vəziyyət, 44 günlük müharibədə tarixi Qələbədən sonra - işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa işləri ilə bağlı geniş müzakirələr aparılır. İştirakçılar, həmçinin enerji, nəqliyyat dəhlizləri, Azərbaycanın ikitərəfli və çoxtərəfli əlaqələri, dünya miqyasında, həmçinin beynəlxalq təşkilatlardakı yeri məsələlərinə xüsusi maraq göstərirlər. Budəfəki forum yeni dünya nizamı, hazırda dünyada baş verən transformasiyalar mövzusuna həsr olundu. Forumda Prezident İlham Əliyev əhəmiyyətli mövzulara toxundu və mühüm mesajlar verdi.

“Dövlətimizin başçısı çıxışında postmüharibə dövrünün reallıqları və bəzi qeyri-regional ölkələrin sülhə maneə yaradan addımlarından danışdı. Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, 2020-ci ildən demək olar, beş ilə yaxın vaxt keçsə də, Azərbaycan hələ də tamamilə əsassız spekulyasiya və ittihamlarla üzləşir. Azərbaycan Prezidentinin sözlərinə görə, belə bir təbliğatın aparılmasında daha çox Fransa “fərqlənir”. Bundan başqa, Avropa İttifaqındakı ermənipərəst qüvvələr də bu spekulyasiyaları davam etdirirlər. Prezident Azərbaycanın belə bir niyyəti olmadığını bir daha vurğulayaraq bildirdi ki, Bakı regionda davamlı sülhün bərqərar olmasında maraqlıdır. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan İrəvanın hərəkətlərini yaxından izləyir və müharibədən sonrakı vəziyyətin inkişafı əsasən Ermənistandan asılıdır.

Prezident İlham Əliyevin çıxışında diqqətçəkən məqamlardan biri də COP-29 zamanı Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasında əldə etdiyi nailiyyətlə bağlı oldu. O bildirdi ki, COP zamanı karbon bazarının funksional edilməsi ilə bağlı nailiyyət məhz Azərbaycanda əldə olundu və bu, ölkəmizə olan etimad sayəsində baş verdi. Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail oldu, eyni zamanda, bizim səylərimizə Afrika dövlətlərindən də müsbət reaksiya verildi. Təsadüfi deyil ki, Afrika dövlətləri ilə sıx əlaqələrin qurulması siyasəti artıq müəyyənləşdirilib”, - deyə Rəşad Mahmudov vurğulayıb.

Prezident İlham Əliyevin çıxışında ABŞ ilə münasibətlərə də toxunduğunu deyən deputat bildirib: “Hazırda ABŞ-la çox güclü münasibətlərin Cənubi Qafqaz regionu üçün vacib olduğunu vurğulayan dövlətimizin başçısı əlavə etdi ki, Ağ evin indiki siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan Azərbaycan lideri qeyd etdi ki, ölkəmizin Qoşulmama Hərəkatında güclü mövqeyi, Mərkəzi Asiya ilə yaxşı əlaqələri var. Azərbaycan Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilər.

Əlbəttə, dövlətimizin başçısı Türkiyə ilə strateji münasibətlərimizdən və Yaxın Şərq regionu kontekstində Suriya ilə əlaqələr barədə də danışdı. Hazırda Suriyada sabit və dayanıqlı idarəçilik yönündə işlər aparılır və bu proses regional geosiyasi rəqabəti də gücləndirir. Regional gərginliyin müharibə hədələri ilə müşayiət olunması Yaxın Şərq üçün uzunmüddətli problemlərin qalacağını vəd edir. Bunların fonunda Türkiyə və İsrail arasında da münasibətlərin sonrakı inkişafı Azərbaycanı da maraqlandırır. Çünki hər iki ölkə ilə güclü strateji əlaqələrimiz var. Qardaş Türkiyə hərbi-strateji müttəfiqimizdir, İsrail ilə də güclü tərəfdaşlıq əlaqələri qurulmuşdur. Bu baxımdan, hər iki ölkənin münasibətlərinin yaxşılaşması Bakının da maraqlarına uyğundur. Prezident İlham Əliyev çıxışında Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında birbaşa iştirak etdiyini açıqlayaraq diqqətə çatdırdı ki, Azərbaycan Ankara-Təl-Əviv arasında cari vəziyyətin razılaşma həddinə çatması üçün formullar arayır.

Bir sözlə, geosiyasi mövqeyinə, enerji resurslarına və fəal xarici siyasətinə görə yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayan Azərbaycan əsas oyunçuya çevrilir. Bakının fəal siyasəti Azərbaycanın dünya nizamının gələcəyinə təsir göstərə bilən qlobal proseslərin subyekti kimi mövqeyini möhkəmləndirir. Dövlətimizin başçısının forumda səsləndirdiyi fikirlər, beynəlxalq gündəliyin bir sıra məsələlərlə bağlı fikirlərinə göstərilən böyük maraq Azərbaycanın və onun liderinin dünya miqyasında nüfuza malik olduğunu təsdiqləyir. Bu, həm də ölkəmizin regional siyasi və iqtisadi təhlükəsizliyin möhkəmlənməsinə töhfə verən strateji aktor kimi rolunu daha da gücləndirir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADSEA sədri Samux rayonunda vətəndaşların mürciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellekt əsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub