AZƏRBAYCAN ŞAHMATÇILARI AVROPA ÇEMPİONATINA QƏLƏBƏ İLƏ BAŞLAMIŞLAR
Bakı, 7 mart (AZƏRTAC). Çernoqoriyanın Budva şəhərində kişilər arasında Avropa çempionatının ilk turu Azərbaycan şahmatçıları üçün uğurlu olmuşdur.
Qədir Hüseynov (2661) qara fiqurlarla İngiltərə təmsilçisi De Costa Lorin AR (2445) üzərində qələbə qazanmışdır. Vasif Durarbəyli (2439) isə Rusiya idmançısı Boris Qraçovu (2655) məğlub etmişdir. Rauf Məmmədov (2638) portuqaliyalı Fernandes Antonionu (2422), Vüqar Rəsulov (2391) isə polşalı rəqibi Vaytaşek Radoslavı (2608) mat etmişdir. Eltac Səfərli (2564) ağ fiqurlarla Xorvatiya şahmatçısı Françiskoviç Borka üzərində tam qələbə çalmışdır.
Qitə çempionatı martın 19-da başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]