Azərbaycan şairləri “Açıq poeziya mikrofonu” tədbirində çıxış ediblər
Bakı, 12 mart, AZƏRTAC
Martın 11-də “İranə Qasımova ilə açıq poeziya mikrofonu” layihəsi çərçivəsində növbəti tədbir olub. Şeir axşamı əsnasında tanınmış Azərbaycan şairləri, həmçinin poeziya həvəskarları rus və Azərbaycan dillərində şeirlər oxuyublar.
AZƏRTAC xəbər verir ki, tədbirdə şair və qiraətçilər Nathalie, İnqa Baxoldina, Eldar Cahangirbəyov, Səidə Sübhi, Qasım Xəlilov, Leyli Salayeva, Firuz Məmmədov, Nəzrin Cəfərli, Nərgiz Tahirova, Nigar Məcidova, Ayxan İbrahimov, Natella Kərimova, Arzu Muradova, İbrahim İmaməliyev, Nigar Babayeva və İlhamə Aslanova iştirak ediblər.
Layihənin təşkilatçısı və yaradıcısı İranə Qasımova şair, ssenarist, rejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə şeir toplusu, pyes və poetik tamaşaların müəllifidir. O, “İranə Qasımova ilə açıq poeziya mikrofonu” layihəsi ilə yanaşı, “İranə Qasımova ilə poeziya klassikləri”, “İranə Qasımova ilə poeziya döyüşü” və “Azərbaycan şairləri İranə Qasımova ilə” layihələrinin müəllifi və təşəbbüskarıdır.