AZƏRBAYCAN TELEVİZİYASININ “TELEFORTUNA” KOMANDASI KİYEVDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT ETMİŞDİR
Kiyev, 1 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, mayın 1-də Kiyevdəki “Temp” stadionunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş VI Beynəlxalq mini futbol turniri keçiriləcəkdir.
Turnirdə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) “Telefortuna”, AzAL, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun (UADBXF), Ukraynanın özəl UT-1,UTR, “5-ci”, “1+1” telekanallarının komandaları iştirak edəcəklər.
Turnir Azərbaycanın Ukraynadakı səfirliyinin, Kiyevin Svyatoşinsk rayonu dövlət administrasiyasının, Ukrayna İdman Jurnalistləri Assosiasiyasının, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK), UAK-ın Kiyev şəhər təşkilatının, UADBXF-ın dəstəyi ilə keçiriləcəkdir.
Aprelin 30-da “Telefortuna” komandası ümummilli lider Heydər Əliyevin Azərbaycanın bu ölkədəki səfirliyinin yanındakı bağda ucaldılmış abidəsi qarşısına gül dəstələri qoyaraq ulu öndərin nurlu xatirəsini anmışdır.
Sonra diplomatik nümayəndəliyimizin “Qış bağı”nda səfir Tələt Əliyevin və səfirliyin əməkdaşlarının futbolçularımızla görüşü olmuşdur.
Görüş başa çatdıqdan sonra səfir Tələt Əliyevə “Telefortuna” loqotipli futbol forması dəsti təqdim edilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]