Azərbaycan triatlonçusu Rostislav Pevtsov “Tokio-2020”yə vəsiqə qazanıb
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan triatlonçusu Rostislav Pevtsov “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, Olimpiya reytinqində 46-ci olan idmançımız lisenziyanı təmin etməklə “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.
Yekun Olimpiya təsnifat reytinqində xallar triatlonçuların Olimpiya təsnifat dövründə iştirak etdikləri və daha yüksək xallar topladıqları beynəlxalq turnirin nəticələrinə görə hesablanıb. Nəticədə lisenziyaların sahibləri buna əsasən müəyyənləşdirilib.
Beləliklə, R.Pevtsov “Rio-2016”dan sonra ikinci dəfə Olimpiya Oyunlarında iştirak hüququ qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]