Azərbaycan U-16 yığması Birləşmiş Ərəb Əmirliklərinin millisi ilə yoldaşlıq oyunları keçirəcək
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 25-dən 27-dək Bakıda, noyabrın 28-dən dekabrın 3-dək isə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.
AZƏRTAC xəbər verir ki, millimiz hazırlıq çərçivəsində noyabrın 30-da və dekabrın 2-də BƏƏ-nin U-16 komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
Qeyd edək ki, hazırlıq prosesinə 24 futbolçu dəvət olunsa da, 22 nəfərlik yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]