Azərbaycan UEFA-nın reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını artırıb
Bakı, 20 iyul, AZƏRTAC
Azərbaycan UEFA-nın reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını artırıb.
AZƏRTAC xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşündə İsveçrənin “Sürix” klubu üzərində qazandığı 3:2 hesablı qələbə sayəsində mümkün olub. Qalibiyyət 4 klubla təmsil olunan ölkənin aktivinə daha 0,250 xal gətirib.
Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 0,500-ə, son 5 mövsümdə isə 13,125-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci pillədə isə 14,000 xalla Polşa qərarlaşıb.
Azərbaycanın bu turnirdəki təmsilçiləri “Neftçi”, “Zirə” və “Qəbələ” isə yarışa UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindən start verəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]