Azərbaycan universitetləri 5 fənn sahəsi üzrə QS reytinqində
Bakı, 12 mart, AZƏRTAC
“Quacquarelli Symonds” reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan universitetləri ümumilikdə 5 fənn sahəsində təmsil olunub və irəliləyib.
Bakı Dövlət Universiteti neft-qaz mühəndisliyi ixtisası üzrə təmsil olunub, o cümlədən ilk dəfə riyaziyyat ixtisası üzrə reytinqdə yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadiyyat və ekonometrika və sosial elmlər və idarəetmə ixtisasları olmaqla 2 fənn sahəsində təmsil olunub. Azərbaycan Dillər Universiteti isə “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil olub.
Qeyd edək ki, sözügedən reytinq 5 indikatoru (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]
Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir
- 12.06.2026 [17:44]
Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
- 12.06.2026 [17:20]