Azərbaycan üzgüçüləri Londonda Avropa çempionatında iştirak edirlər
Bakı, 16 may, AZƏRTAC
Azərbaycanın üzgüçülük üzrə milli komandasının üzvləri Maksim Şembirev və Boris Kirilov Londonda keçirilən Avropa çempionatında güclərini sınayırlar.
Bu barədə AZƏRTAC-a Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov məlumat verib.
M.Rəhimov bildirib ki, yarışda Boris Kirillov 50, 100, 200 metr məsafəyə arxası üstə yarışda mübarizə aparacaq. Berlində və Dubayda beynəlxalq lisenziya turnirlərinin qalibi, Azərbaycanin tarixində ilk dəfə “Rio-2016” (B) lisenziyası qazanmış Maksim Şembiryev isə 200 metr məsafəyə kəpənək, 200 metr məsafəyə brass, 1500 metr sərbəst üsul, 400 metr məsafəyə isə kompleks üsullarda qüvvəsini sınayacaq.
Məqsəd Rəhimov qeyd edib ki, üzgüçümüz Boris Kirilovun bu ilin aprelində Belarusun Brest şəhərində keçirilən lisenziya turnirində (B) normativi yerinə yetirmək üçün cəmi 00.00.14 saniyə gecikmişdi. Bu yarışda Maksim Şembirevə dünya reytinqində ilk 16-ya düşmə şansını verə biləcək (A) lisenziya normativini yerinə yetirmək tapşırığı verilib. Bunu etməklə üzgüçümüz “Rio-2016” Olimpiya Oyunlarinda dünyanın bir nömrəli idmançıları ilə bir yerdə üzmə şansı qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]