AZƏRBAYCAN VƏ MACARISTAN GÜLƏŞÇİLƏRİ BİRGƏ MƏŞQ EDİRLƏR
Bakı, 3 mart (AZƏRTAC). Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası həftəsonu Macarıstanda beynəlxalq turnirdə iştirak etdikdən sonra bu ölkədə təlim-məşq toplanışlarına başlamışdır. Toplanışlar Macarıstan yığması ilə birgə keçirilir.
Azərbaycan Güləş Federasiyasından bildirmişlər ki, hazırlıq prosesində Rövşən Bayramov (55 kq), Elçin Əliyev ( 55 kq), Fuad Əliyev (60 kq), Fərid Mansurov (66 kq), Elvin Mürsəliyev (74 kq), Şalva Qadabadze (84 kq), İlqar Abdulov (84 kq), Murtuza Tağıyev (84 kq), Denis Mişin (96 kq) iştirak edirlər.
Xatırladaq ki, bu günlərdə başa çatmış beynəlxalq turnirdə R.Bayramov qızıl, F.Mansurov isə bürünc medala sahib olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]