Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Özbəkistan xalqları ermənilərin mənfur soyqırımı siyasətinin qurbanı olublar – ŞƏRH

Azərbaycan və Özbəkistan xalqları ermənilərin mənfur soyqırımı siyasətinin qurbanı olublar –  ŞƏRH

Bakı, 24 avqust, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyev hələ 1994-cü ildə İstanbulda keçirilən Türk dövlətləri başçılarının Zirvə görüşündə bildirmişdi ki, Azərbaycan Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanla əlaqələrin gücləndirilməsinə çalışır və çalışacaqdır. Ötən 30 ilə yaxın müddət ərzində bu istiqamətdə ciddi addımlar atıldı. 1997-ci ildə Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətləri yeni bir mərhələyə daşıdı. Bu günədək bir neçə dəfə (2012, 2019 və 2023) Bakıda səfərdə olan Özbəkistan prezidentləri iki xalq arasında tarixən mövcud olan mənəvi bağları daha da möhkəmlədərək, dostluq-qardaşlıq münasibətlərinin strateji əməkdaşlıq sənədlərində əks olunmasına şərait yaratdılar. Müqayisə üçün qeyd edim ki, Statistika Komitəsinin məlumatına əsasən 1992-ci ildə Azərbaycanın Özbəkistandan idxalı cəmi 6,7 milyon dollar, ixracı isə cəmi 8,7 milyon dollar idisə, 2022-ci ildə bu rəqəmlər müvafiq olaraq 136,9 milyon dollar və 46,5 milyon dollar olub. Aydın olduğu kimi, 30 ildə Azərbaycanın Özbəkistandan idxalı 20 dəfə, Özbəkistana ixracı isə 5 dəfə artıb. Hazırda qarşıya qoyulan məqsəd ticarət dövriyyəsini ən azı 5 dəfə artırmaqdır. Lakin burada Azərbaycanın Özbəkistanla ticarətində mənfi saldo, yəni, idxalın ixracdan çox olması nəzərə alınaraq, yeni formatda ticarət əlaqələrinin təşkili faydalı olardı. Xüsusilə energetika, turizm, maşınqayırma kimi sahələrdə yeni əməkdaşlıqlar ticarət əlaqələrini daha da inkişaf etdirməyə hesablanıb. Burada iki ölkənin iqtisadi subyektləri arasında azad ticarət imkanlarının genişləndirilməsi, həmçinin Özbəkistanın strateji sahələrində Azərbaycanın yatırım və əməkdaşlıq imkanlarının artırılması məxsusi əhəmiyyət daşıyır. Məsələn, Fərqanə vadisinin özbəklərə aid hissəsi neft, kömür, təbii qaz, dəmir, civə, gümüş və digər təbii sərvətlərlə zəngindir və bu işdə ortaq əməkdaşlıq imkanları nəzərə alına bilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə söyləyib.

Azərbaycan və Türkiyənin Türk dünyasının vahid çətir altında birləşməsində nüvə rolunu oynadığını deyən Ş.Cəlilzadə əlavə edib: “Özbəkistan çox maraqlı bir ölkədir. Türkiyənin sabiq müdafiə naziri Hulusi Akar Qazaxıstanı və Özbəkistanı “Mərkəzi Asiyanın onurğa sütunu” adlandırmışdı. Özbəkistan 2012-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edib. Özbəkistanın bu gün Qazaxıstanla birlikdə həm də Avrasiya İqtisadi Birliyini tərk etməsi Qərb dairələrində müzakirə olunur. ABŞ-ın “C5+1” formatlı görüşləri məhz Mərkəzi Asiya ölkələrinin Rusiyanın siyasi, hərbi və iqtisadi təsir dairəsindən çıxarılmasına hesablanır. Bu işdə boşluğun digər güclər (ABŞ, Çin, İran və s.) tərəfindən doldurulmaması üçün Türk dünyasının siyasi, iqtisadi, mədəni təşkilatlarının vasitəçiliyi ilə inisiativi ələ alması mühüm əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, hətta ortaq dil mövzusu da gündəmdədir. Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə söhbət əsnasında “Biz bir-birimizi çox yaxşı başa düşürük” deməklə ortaq dilin əhəmiyyətinə vurğu etdi. Dil birləşdirir, iqtisadiyyat yaxınlaşdırır, siyasət isə bütün bunları formalaşdırır. Təsadüfi deyil ki, Rusiya öz təsirini bölgədə qorumaq üçün daima “parçala hökmranlıq et” siyasətindən çıxış etdiyi kimi (Azərbaycanda Qarabağ, Gürcüstanda Abxaziya, Şimali Osetiya, Ukraynada Krım, Donbass), Mərkəzi Asiyada da münaqişə ocaqları yaratmaqda maraqlıdır. Rusiyanın Mərkəzi Asiya üzrə ekspertlərindən olan Şustov (2016) məqaləsində bunu “Mərkəzi Asiyanın Qarabağı” şəklində ifadə edib”.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən bir çox oxşarlıqlar var ki, onlardan biri də ermənilərin mənfur soyqırımı siyasətinin qurbanı olmalarıdır. Təbii ki, Fərqanədə də aranı qarışdırmaq üçün erməni amilindən istifadə edildiyi təəccüb doğurmur. Kokand vilayətində (Fərqanə vadisi) özbəklərə qarşı törədilən soyqırımında (35 minə yaxın özbək öldürülmüşdü) birbaşa olaraq Daşnaksütyunun əli olmuşdu. Təsadüfi deyil ki, bu gün Özbəkistanın Ermənistanda səfirliyi fəaliyyət göstərmir, bu ölkə bütün beynəlxalq siyasi platformalarda ölkəmizin haqq işinə dəstək verir. Azərbaycan da hər zaman xalq və dövlət olaraq Özbəkistanın yanında olub. 1966-cı ildə paytaxt Daşkənddə baş verən zəlzələdə ilk yardım edən ölkələrdən biri Azərbaycan idi. Hətta Azərbaycanda bir sadə vətəndaş “Pravda Vostoka” qəzetində elan vermişdi ki, evini zəlzələdən zərər görən, evi dağılmış özbəklər üçün açıb. Bundan sonra bənzər elan axını yaranmış, 262 özbək ailəsi Azərbaycanda müvəqqəti məskən tapmışdı. Bununla yanaşı, 1200 daşkəndli uşaq üçün düşərgə təsis olunmuşdu. Azərbaycan Daşkəndin yenidən qurulmasında da iştirak edib. Bütün bunlar sadəcə sovet ideologiyasının nəticəsi deyil, həm də Azərbaycan və Özbəkistan xalqlarının milli-dini-mənəvi yaxınlığı nəticəsində baş vermişdi. Dili, dini bir, mənəvi olaraq yaxın türk cümhuriyyətlərinin birliyini gücləndirmək üçün Ulu Öndər Heydər Əliyev dövründən başlayaraq ciddi cəhdlər edilib. Ümumiyyətlə, Heydər Əliyev hər zaman, hətta sovet dövlətinin ali rəhbərliyində ən yüksək vəzifələr tutarkən də Türk milli işinə həssas yanaşıb. Eyni zamanda, Türk dövlətlərini sovet rəhbərliyinin ayrı-seçkilik siyasətindən qorumağa çalışıb. 1980-ci illərdə Özbəkistana qarşı milli ayrı-seçkilik siyasətinə, törədilən təxribatlara (“Pambıq işi” və s.) qarşı çıxan yeganə Politbüro üzvü Heydər Əliyev olub. Ümummilli Lider Heydər Əliyev dostluq münasibətlərinə malik olduğu Özbəkistan SSR-in rəhbəri Şərəf Rəşidovun hakimiyyətdən uzaqlaşdırılmasına etiraz etməklə Özbəkistanın milli maraqlarını da qoruyub. İsti münasibətlər müstəqillik illərində daha da inkişaf etdirilib. Bu gün Heydər Əliyevin uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb