Azərbaycan velosipedçisi Ukraynada uğurla çıxış edib
Bakı, 25 may, AZƏRTAC
Ukraynanın Çabanı şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Sülh uğrunda Horizon Park” yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, veloturda Azərbaycanın elit yığmasının üzvü - Ukraynanın “Lviv” kontinental klubunun velosipedçisi Elçin Əsədov da iştirak edib.
Veloturda 145 kilometr məsafəni 3 saat, 38 dəqiqəyə qət edən E.Əsədov finiş xəttini 7-ci keçib və bununla da ölkəmizin reytinqinə “Tokio 2020” Yay Olimpiya Oyunları üçün daha 5 lisenziya xalı qazandırıb. Yeri gəlmişkən, E.Əsədov həm də şərəfini qoruduğu “Lviv” komandasının yarışda iştirak edən üzvləri arasında ən yüksək nəticə göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]