Azərbaycan vətəndaşı olan 17 nəfər Almaniyadan geri qəbul edilib
Bakı, 7 may, AZƏRTAC
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində mayın 6-da Azərbaycan vətəndaşı olan 17 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Miqrasiya Xidmətinin(DMX) mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, DMX tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə işçi qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:31]
AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
- 01.10.2026 [14:13]
“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO
- 01.10.2026 [13:54]
Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]