Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqi və təbliğində Heydər Əliyevin rolu

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqi və təbliğində Heydər Əliyevin rolu

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyəti dövrü elə Heydər Əliyevin dediyi kimi, “tariximizin böyük və parlaq bir mərhələsi”ni təşkil edir. Cümhuriyyətin yaranması millətimizin özünütəsdiq aktı idi. Çünki xalqın millət kimi formalaşmasının ən mühüm göstəricisi müstəqil milli dövlətin yaranmasıdır ki, 1918-ci ildə Azərbaycan xalqı buna nail ola bilmişdi. Cümhuriyyət qurucusu Məhəmməd Əmin Rəsulzadənin azərbaycançılıq ideyaları həmin vaxt Azərbaycanın gələcəyini düşünən insanların birgə fəaliyyəti və xalqın dəstəyi ilə demokratik əsaslı milli dövlətin yaranmasına gətirib çıxarmışdı. Bugünkü dünyada hələ də öz dövlətini qura bilməyən xalqlar var. Bu səbəbdən də milli dövlətin qurulması sosial-siyasi və mədəni hadisə kimi xalqın həyatının ən mühüm hadisəsi hesab olunmalıdır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova məlumat verib.

N.Əhmədova qeyd edib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyi tarixində mühüm rol oynayıb. Bu həm praktiki olaraq dövlətin idarə olunmasında, həm də dövlətçilik ideologiyasının formalaşdırılmasında özünü göstərib. Onun Azərbaycanda yenidən hakimiyyətə gəlməsi çox mürəkkəb, eyni zamanda, tarixi baxımdan mühüm bir dövrə düşmüşdü. Yanvar hadisələrindən sonra 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev burada dərhal siyasi fəaliyyətə başlamışdı. Fəaliyyətinin ilk günlərindən də o, artıq açıq şəkildə öz məqsəd və hədəflərini elan etdi. 1991-1993-cü illərdə Naxçıvan Ali Sovetinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olması və Ali Sovetin sessiyalarında iştirak etməsi ona hətta dövlət başçısı olmasa da, siyasi hadisələrin gedişinə təsir etmək imkanı verirdi. Heydər Əliyevin məqsədi müstəqil milli dövlətin yaradılması idi. Milli dövlətçilik məsələsi millətin tarixi ilə sıx bağlı olan məsələ olduğundan təcrübəli siyasi xadim kimi Heydər Əliyevin də diqqəti bu məsələyə yönəldi. Müasir Azərbaycan dövlətinin qurulması üçün demokratik dövlətçilik tarixinin nümunəvi funksiyasını gözəl başa düşən Heydər Əliyev dərhal bu məsələyə öz münasibətini bildirdi. Beləliklə, Ümummilli Lider həm də 80-ci illərin sonlarından başlayan milli-azadlıq hərəkatından sonra xalqın kollektiv şüuruna hakim olan cümhuriyyətçilik ideyasını dəstəkləmiş oldu. Heydər Əliyev Cümhuriyyətin Azərbaycan tarixindəki rolunu nəzərə alaraq öz siyasi kursunun həyata keçirilməsində, demokratik milli dövlətçiliyin möhkəmləndirilməsi siyasətində Cümhuriyyətin mövcudluğu faktorundan istifadə etmiş, onun tarixinin öyrənilməsi və təbliğinə diqqət yetirmişdi.

Heydər Əliyevin mövqeyi ilk dəfə xalqın arzusuna uyğun olaraq Cümhuriyyətin üçrəngli bayrağının yenidən Dövlət Bayrağı kimi qəbulunda göründü. Belə ki, 1990-cı ilin noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR-in 12-ci çağırış Ali Məclisin ilk sessiyası Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul etmişdi. Ən əsası isə muxtar respublikanın Аli Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı.

Heydər Əliyev, eyni zamanda, Cümhuriyyətin süqutu ilə nəticələnən aprel işğalına da siyasi qiymət verilməsini tələb edirdi. O, tələb edirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması böyük bir inqilabi hadisə kimi qəbul edilməli, 1920-ci ildə Cümhuriyyətin devrilməsi pislənməlidir. 1991-ci ilin avqustunda Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamənin qəbulu ilə bağlı iclasda Heydər Əliyev qətiyyətlə bildirdi ki, 1920-ci il aprelin 28-də Azərbaycanın işğal edilməsi bu bəyanatın mətninə mütləq əlavə olunmalıdır.

Ulu Öndər ziyalılarla görüşündə də Cümhuriyyəti Azərbaycan tarixində böyük siyasi-ictimai hadisə kimi qiymətləndirdi. O bildirirdi ki, Məhəmməd Əmin Rəsulzadə və onunla bərabər Azərbaycan Respublikasının böyük şəxsiyyətləri XX əsrin əvvəlində və xüsusən 1918-ci ildə, Azərbaycan Demokratik Respublikası qurarkən böyük şücaət göstərmişlər, böyük iş görmüşlər. Tariximizdə olan şəxsiyyətlərin hamısı bizim üçün qiymətlidir. “Onların heç birinə toxunmaq olmaz”,- deyən Heydər Əliyev, eyni zamanda, Azərbaycan tarixinin obyektiv yazılması üçün çağırış etmişdi. Heydər Əliyev AXC tarixindən Azərbaycan Respublikası tarixinə bir körpü yaradırdı. O öz çıxışında AXC-dən başlayaraq müasir Azərbaycana qədər tarixi varisliyi əsaslandırır və xalqın bütövlüyü, millətin bütövlüyü, milli mənafe, xalqın mənafeyinin bütövlüyünü təbliğ edirdi.

Azərbaycan Xalq Cümhuriyyəti tarixi ilə bağlı özünün daha aydın münasibətini Ümummilli Lider Heydər Əliyev 1993-cü il sentyabrın 21-də Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşündə ifadə etmişdi. Ümummilli Liderin bu çıxışı həm də siyasi əhəmiyyət daşıyan mühüm addım idi. Məlum olduğu kimi, 1993-cü ildə Qarabağda müharibə, ölkə daxilində siyasi böhranın güclənməsi və mövcud hakimiyyətin böhranı aradan qaldırmağa müvəffəq olmaması respublikada ciddi qarşıdurmaya gətirib çıxarmaq üzrə idi. 1993-cü ilin yayında Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alınsa da, erməni təcavüzü, iqtisadi böhran aradan qalxmayınca, təhlükə qalmaqda idi.

1994-cü il mayın 27-də çıxışı zamanı Heydər Əliyev demişdi: “Azərbaycan xalqı kommunist rejimində ümumittifaq sosialist dövləti tərkibində olduğundan, şübhəsiz ki, müstəqilliyi itmiş, ancaq dövlətçiliyini tam itirməmişdi”. Göründüyü kimi, Heydər Əliyev azərbaycançılıq ideyasının təbliği və milli birliyə nail olmanın standartını müəyyən edirdi. Tarixşünaslıqda mövcud tendensiyanı düzgün müəyyən etmişdi.

Ulu Öndər, həmçinin varislik prinsipini rəhbər tutaraq ordu və dövlətin müxtəlif strukturlarının yaranması tarixinin də məhz sovet dövründəki deyil, Cümhuriyyət dövründəki tarixdən götürməyi təklif etmişdi. Nəticədə həm təhlükəsizlik, həm daxili işlər, həm gömrük orqanlarının hər birinin tarixi Cümhuriyyət dövründəki tarix götürülməklə qeyd olunmağa başlandı. Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilməyə başlandı. O qətiyyətlə bildirirdi ki, “Azərbaycan dövləti - Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”. “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” 1998-ci il 30 yanvar tarixli Sərəncamında da varislik prinsipi bir daha qeyd edildi.

Təbii ki, 1993-2003-cü illərdə Heydər Əliyevin bu mövqeyi Cümhuriyyət tarixinin öyrənilməsi və tədqiqi prosesinə ciddi təsir etmişdi. Təsadüfi deyil ki, bu illər ərzində Azərbaycan tarixinin ən çox tədqiq olunan istiqamətlərindən bəlkə də birincisi Azərbaycan Xalq Cümhuriyyəti tarixi idi. Həmçinin Azərbaycan xalqına qarşı soyqırımların tarixinin araşdırılmasına diqqət artırıldı. Xüsusən qeyd etmək lazımdır ki, 1998-ci ildə “Azərbaycan Demokratik Respublikası 1918-1920” və “Azərbaycan Demokratik Respublikası. Ədəbiyyat, dil, mədəniyyət” adlı kollektiv monoqrafiyalar çap edildi. Cümhuriyyət tarixinə dair parlament, ordu, hökumət, xarici siyasət məsələlərinə aid sənədlərdən ibarət 5 toplu nəşr olundu. Cümhuriyyət xadimlərindən Məhəmməd Əmin Rəsulzadənin, Yusif Vəzir Çəmənzəminlinin, Mirzəbala Məmmədzadənin, Adil xan Ziyadxanovun, Əlimərdan bəy Topçubaşovun və digərlərinin məqalə və əsərləri, Cümhuriyyət tarixinin müxtəlif məsələləri ordu, hüquq sistemi, sərhəd mühafizəsi, milli siyasət, xarici və daxili siyasət, Cümhuriyyət mühacirlərinin fəaliyyəti ilə bağlı əsərlər işıq üzü gördü. Azərbaycan xalqına qarşı soyqırımların tarixi ilə bağlı ilk toplu 2001-ci ildə çap olundu. Ən əsası ondan ibarətdir ki, bu günədək tarixşünaslığımızda Cümhuriyyət tarixinə maraq getdikcə artmaqdadır. Heydər Əliyev Cümhuriyyət tarixinə münasibətini həm də azərbaycançılıq ideyasına münasibətdə ifadə edirdi. Belə ki, Məhəmməd Əmin Rəsulzadə tərəfindən irəli sürülən azərbaycançılıq ideyasının Heydər Əliyevin siyasəti nəticəsində yenidən həyat qazanaraq bu gün dünya azərbaycanlılarını birləşdirən bir ideologiyaya çevrilməsi də müdrik siyasətin nəticəsi idi. Ümummilli Lider deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Sonda fikrimi Ümummilli Liderin Azərbaycan Xalq Cümhuriyyətinə dair söylədiyi dəyərli kəlamları ilə bitirmək istərdim: “Azərbaycan xalqının çoxəsrlik tarixində nailiyyətlər də olubdur, ağır dövrlər də olubdur, qələbələr də olubdur, məğlubiyyətlər də olubdur. Ancaq bizim xalqımızın tarixində müstəqilliyi əldə etmək qədər böyük xoşbəxtlik - dövlət müstəqilliyi kimi xoşbəxtlik olmayıbdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb