İQTİSADİYYAT
AZƏRBAYCANDA DUZ SƏNAYESİNİN İNKİŞAFI İLƏ BAĞLI FORUM KEÇİRİLMİŞDİR
YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hana Singer respublikada xörək duzunun istehsalı və satışı ilə əlaqədar yaranmış problemlərdən danışmış, yodlaşmış duz istehsalının keyfiyyətinin artırılmasının vacibliyini bildirmişdir. O, yod çatışmazlığı nəticəsində orqanizmdə patoloji vəziyyətin yarandığını qeyd etmiş, əhali arasında yod çatışmazlığı xəstəliklərinin yayıldığını nəzərə çatdırmışdır.
İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti Departamentinin direktoru Samir Dadaşov duz bazarlarında aparılan monitorinqlərin nəticələri barədə məlumat vermişdir. O, yerli duz istehsalındakı problemlərdən və qanun pozuntularından danışmış, duzun kimyəvi tərkibinin standartlara uyğun olmadığını qeyd etmişdir. S.Dadaşov yaranan problemlərin həlli yolları barədə mülahizələrini bildirmiş, duz sənayesinin inkişafı üçün müvafiq tədbirlərin həyata keçirildiyini xatırlatmışdır.
Tədbirdə dövlət qurumlarının və özəl sektorların nümayəndələri iştirak etmişlər.