AZƏRBAYCANDA MDB ÖLKƏLƏRİNİN PARAŞÜTÇÜLƏRİNİN İŞTİRAKI İLƏ BEYNƏLXALQ TURNİR KEÇİRİLİR
Bakı, 1 may (AZƏRTAC). Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurasının təşəbbüsü ilə MDB ölkələrinin paraşütçüləri mayın 2-dən 5-dək ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş beynəlxalq turnirdə iştirak etmək üçün Bakıya gəlmişlər.
Qonaqlar ilk öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər.
Yarış iştirakçıları Şəhidlər Xiyabanını da ziyarət etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Daha sonra qonaqlar beynəlxalq turnirin keçiriləcəyi Balakən Aviasiya Mərkəzinə yola düşmüşlər.
Qeyd edək ki, 4 gün davam edəcək turnirdə Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Tacikistandan olan həvəskar paraşütçülər iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]