Azərbaycanın 8 boksçusu Gimnaziadada finala yüksəlib
Manama, 28 oktyabr, Aynur Əlixanlı, AZƏRTAC
Azərbaycanın 8 boksçusu Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, oğlanların mübarizəsində Əli Əliyev (46 kiloqram), Nihad Qasımov, Şahin Mustafayev (hər ikisi 50 kiloqram), Zakir Həsənzadə (52 kiloqram), Sübhan Babayev (54 kiloqram), Şahin Aslanov (60 kiloqram) və Haqverdi Həsənov (63 kiloqram), qızlar arasında isə Aysu Mikayılova (52 kiloqram) yarımfinalda öz rəqiblərinə qalib gəliblər.
Qızıl medal uğrunda qarşılaşmalar oktyabrın 29-da keçiriləcək.
Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək Gimnaziadada Azərbaycan 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]