AZƏRBAYCANIN 9 BOKSÇUSU BEYNƏLXALQ TURNİRİN YARIMFİNALINA ÇIXMIŞDIR
Bakı, 4 may (AZƏRTAC). Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş gənclər arasında “Heydər Əliyev kuboku” uğrunda beynəlxalq boks turniri davam edir”.
Turnirdə Azərbaycan, Türkiyə, Rusiya, İrlandiya, İsrail, Ukrayna, Hindistan, Özbəkistan və Gürcüstandan 123 idmançı iştirak edir. Azərbaycan və Rusiya yarışda iki komanda ilə təmsil olunmuşdur.
Azərbaycanın 9 boksçusu - Ramal Yusifzadə, Salman İbrahimov, Səidi Rai (hamısı 48 kq), Elvin Mirzəbəyli (52 kq), Novruzəli Əliyev, Nicat Mirişov, Mehdi Səfiyarlı (hamısı - 57 kq), Elvin Səfərov (63 kq), Rauf Rəhomov (orta çəki) yarımfinala çıxmışlar.
Mayın 4-də 13 çəki kateqoriyası üzrə finala çıxanlar müəyyən ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]