Azərbaycanın Gürcüstandakı səfirliyində qeydə alınmış seçicilərin 90 faizi səsvermədə iştirak edib
Tbilisi, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Azərbaycanın Gürcüstandakı səfirliyində təşkil olunmuş seçki məntəqəsində prezident seçkiləri ilə əlaqədar səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, səfirlikdə siyahı üzrə qeydiyyatdan keçən 557 seçicinin 90 faizindən çoxu səsvermədə iştirak edib.
Xatırladaq ki, prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsinin 32 sayli seçki məntəqəsi yaradılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi