Azərbaycanın idman gimnastları beynəlxalq turnirdə 7 medal qazanıblar
Bakı, 31 avqust, AZƏRTAC
Belarusun Mogilyov şəhərində idman gimnastikası üzrə Açıq kubok təşkil olunub.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda ölkəmizi kişilər arasında Rəsul Əhmədzadə, qadın idmançıların mübarizəsində isə Dəniz Əliyeva, Nazənin Teymurova, Aytən Məmmədova, Leyla Məmmədzadə, Albina Əliyeva, Aynaz Məcidzadə və Xədicə Abbaszadə təmsil ediblər.
Gimnastlarımız uğurla çıxış edərək ölkəmizə 7 medalla qayıdıblar. Albina Əliyeva qızıl medal (dayaqlı tullanma), Rəsul Əhmədzadə 1 gümüş (sərbəst hərəkətlər), 2 bürünc (dəstəli at, paralel qollar), Dəniz Əliyeva gümüş (dayaqlı tullanma) və bürünc (sərbəst hərəkətlər), Leyla Məmmədzadə isə bürünc medal (dayaqlı tullanma) qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]