Azərbaycanın Misirdəki səfiri “Qahirə-2” televiziya kanalına müsahibə verib
Qahirə, 8 may, AZƏRTAC
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bu ölkənin geniş tamaşaçı auditoriyasına malik “Qahirə-2” televiziya kanalına müsahibə verib.
Ş.Abdullayev müsahibəsində hər bir ölkənin demokratik inkişafa çatması üçün müəyyən mərhələləri keçərək özünəməxsus təcrübə qazandığını deyib. Səfir bu baxımdan Azərbaycanın öz tarixində iki dəfə müstəqillik əldə etdiyini vurğulayıb. O, birinci dəfə Azərbaycanın 1918-ci il mayın 28-də Çar Rusiyasından azad olduğunu, iki illik müstəqillikdən sonra yenidən Sovet İttifaqının tərkibinə daxil edildiyini, ikinci dəfə isə 1991-ci ildə müstəqilliyini bərpa etdiyini diqqətə çatdırıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə