Azərbaycanın Müdafiə Nazirliyi: Düşmən tərəfinin itkiləri çox olur
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrində qeydə alınan itkilərlə bağlı xəbərlərə münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, Ermənistanın hərbi rəhbərliyinin silahlı qüvvələrdə baş verən çoxsaylı itkiləri əhalidən gizlətməsi barədə Azərbaycan tərəfi dəfələrlə məlumat verib. Həqiqətdə isə düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur.
Bu gün də baş verən insidentdə tələfatın sayı çox olduğundan və Ermənistanın hərbi rəhbərliyi ölənlər barədə xəbəri gizlədə bilməyəcəyindən məlumatı açıqlayıb. Çox güman ki, baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumatların da Ermənistan ictimaiyyətindən gizlədilməsi mümkün olmayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]