Azərbaycanın Rus Gəncləri Assosiasiyasının könüllüləri sahibsiz heyvanlar üçün sığınacaqda olublar
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycanın Rus Gəncləri Assosiasiyasının (ARGA) fəalları “Good World Animal Rescue and Protection” (GWARP) Qeyri-Hökumət Təşkilatının nəzdində olan sahibsiz heyvanlar üçün sığınacaqda olublar və burada “Xeyirxahlıq Missiyası” beynəlxalq proqramı çərçivəsində kömək edən Rusiya həmkarlarına qoşulublar.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat mərkəzindən bildirilib.
Həkimlər Alyona Stelmax və Anna Şandalyova heyvanları müayinə edib, müalicə ilə bağlı tövsiyələrini veriblər.
“Xeyirxahlıq Missiyası” Rusiya Könüllülər Mərkəzləri Assosiasiyası və “Xeyirxah həkim” baytarlıq klinikasının dəstəyi ilə “Rossotrudniçestvo” tərəfindən təşkil olunub.