Azərbaycanın sərbəst güləş yığması dünya üçüncüsü olub
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilmiş U-23 dünya çempionatını dörd medalla başa vurublar.
Azərbaycan Güləş Federasiyasından (AGF) AZƏRTAC-a verilən məlumata görə, milli komanda mundialda 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib.
Yekunda 100 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. İran (158) birinci, Yaponiya (102) isə ikinci yeri tutub.
Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kiloqram) qızıl, Ruslan Abdullayev (61 kiloqram) və Arseni Djioyev (86 kiloqram) gümüş, Cəbrayıl Qadjiyev (74 kiloqram) isə bürünc medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]