Azərbaycanın stolüstü tennis millisi Latviyada 9 medal qazanıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycanın stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilmiş “Riga City Council’s Youth Cup” beynəlxalq turnirində uğurla çıxış ediblər.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışın son günlərində milli komanda aktivinə daha 7 medal yazdırıb. Şəbnəm Mansurova U-15 yaş dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin yaş qrupunda qüvvəsini sınayan Onur Quluzadə ikinci, Yağmur Məmmədli üçüncü yeri tutub. U-19 kateqoriyasında Onur Quluzadə, Tunar Bağırov, Şəbnəm Mansurova və Yağmur Məmmədli üçüncü olub.
Xatırladaq ki, yarışın ilk günündə Onur Quluzadə ilə Yağmur Məmmədli 13 yaşlılarda baş mükafata sahib çıxıblar. Bununla da milli komanda turniri 3 qızıl, 1 gümüş, 5 bürünc medalla yekunlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]