“AZƏRDƏMİRYOLBANK” DAHA İKİ İPOTEKA KREDİTİ VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, “AzərDəmiryolBank” ümumi məbləği 42,8 min manat olan daha iki ipoteka krediti vermişdir. 19 min manat məbləğində birinci kredit 15 il, 23,8 min manatlıq ikinci kredit isə 10 il müddətinə ayrılmışdır.
İpoteka kreditləri ilə bağlı müraciətlərin sayı artmaqda davam edir.