“Azəriqaz”: Koronavirusa birlikdə qalib gələk
Bakı, 28 mart, AZƏRTAC
Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrı-ayrı dövlət qurumları, özəl şirkətlər və vətəndaşlar tərəfindən vəsaitlərin köçürülməsi davam edir. Bu məqsədlə Azəriqaz Layihə İnşaat QSC və Təmiz Qaz QSC ölkəmizdə koronavirusla (COVID-19) mübarizə çərçivəsində Prezident İlham Əliyevin çağırışına dəstək olaraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna hər biri 10 min (cəmi 20 min) manat vəsait köçürüb.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildiriblər ki, hər iki qurum ölkəmizdə koronavirusla mübarizə üzrə təşəbbüsün başladılmasını alqışlayır, bu xəstəliyə qalib gələcəyimizə əminliyini bəyan edirlər.