Bakı-Ağstafa-Bakı marşrutuna əlavə qatar reysləri təyin edilir
Bakı, 12 mart, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə martın 18-də bu xətt üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edir.
ADY-dən AZƏRTAC-a bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün Bakıdan və Ağstafadan səfər etmək mümkündür.
Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-in saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:10]
Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb
- 29.09.2026 [13:34]